Məhkəmə qərarları › İş №3(022)-20/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-20/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-20/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X12 məhkəmə-iclas katibliyi, Şikayətçinin nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2 nümayəndəsi X8 iştirakı ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X5 tərəfindən qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X5 tərəfindən barəsində qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X2 11 dekabr 2024-cü il tarixli, MN №1613685 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat inzibati cərimə növü tətbiq edilmişdir. Ə.R.Babayev həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, X10 03 dekabr 2012-ci il tarixdə keçmiş X7 İdarəsində texnik-mexanik vəzifəsinə işə qəbul edilmişdir. O, Azərbaycan Dövlət Su Ehtiyatyatları Agentliyinin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmrinə əsasən 13 avqust 2024-cü il tarixdən ixtisara düşmüş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b“ bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sora ləğv ediləcəyi barədə ona imza etdirilməklə bildiriş verilmişdir. 9 təqvim həftəsi 15 oktyabr 2024-cü il tarixdə bitmiş və 15 oktyabr 2024cü il tarixli 541-k saylı əmirə əsasən Əliverdi Əliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əliverdi Əliyev 10 oktyabr 2024-cü il tarixdə saat 09.00-da işə gələrək davamiyyət kitabına imza etmiş və 9.30-da icazə almadan və heç bir üzürlü səbəb göstərmədən iş yerini özbaşına tərk edərək getmişdir. O, 10 oktyabr 2024-cü il tarixdən 15 oktyabr 2024- cü il tarixə qədər olan müddət ərzində əmək intizamını pozaraq işə gəlməmişdir. Qeyd edilmiş müddətdə işə gəlmədiyindən ona əmək haqqı hesablanmamışdır. Ə.Əliyev 16 oktyabr 2024-cü il tarixdə idarənin kadrlar şöbəsinə dəvət edilərək, ona işə gəlməməsi ilə əlaqədar izahat verməli olması bildirilmiş, struktur dəyişikliyi ilə əlaqədar işlədiyi ştatın ixtisar olunduğu barədə təkrar məlumat verilmiş, əmək kitabçasını müvafiq sənədə imza etməklə qəbul etməsi ona təkilf edilmişdir. Lakin o, bunların heç birinə əməl etməyərək əmək kitabçasının poçtla göndərilməsini tələb etmişdir. Əliverdi Əliyev 21 oktyabr 2024-cü il tarixdə X18 Sistemlərinin İstismarı İdarəsinin rəisinə teleqram ilə müraciət edərək kadrlar şöbəsinin rəisi tərəfindən 10 oktyabr 2024-cü il tarixdən işə buraxılmadığını və əsassız olaraq 15 oktyabr 2024-cü il tarixdən işdən azad edildiyini bildirmişdir. Bununla əlaqədar 28 oktyabr 2024-cü il tarixli 378 nömrəli məktubla ona cavab verilərək qanunvericiliyin tələbləri ona bir daha izah edilmişdir. Ə.Əliyev işə laqeyd münasibət bəslədiyindən şöbə müdiri tərəfindən ona şifahi xəbərdarlıq edilmiş, lakin bundan nəticə çıxarmadığı üçün 31 yanvar 2020-ci il tarixdə onun haqqında akt tərtib edilmiş və baş energetik tərəfindən onun barəsində idarə rəisinə təqdimat verilmişdir. 04 fevral 2024-cü il tarixdə Ə.Əliyevdən əmək intizamını pozduğu üçün izahat alınmış və 05 fevral 2024-cü il tarixdə ona şiddətli töhmət verilmişdir. 16 oktyabr 2024-cü il tarixdə Ə.Əliyev yenidən əmək intizamını pozması səbəbindən onun barəsində akt tərtib edilmişdir. Ona 2024-cü ilin oktyabr ayının 30-da həmin ay işlədiyi günlər üçün əmək haqqı, istifadə etmədiyi məzuniyyətə görə son haqq-hesabı və orta aylıq əmək haqqının 2,0 misli miqdarında işdənçıxma müavinətinə görə 1276,07 manat kart hesabına ödənilmişdir. İşçisinin işdən çıxdığına görə ödənilməli olan məbləğ əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyi gündə ödənilməyidiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X2 11 dekabr 2024-cü il tarixli, MN №1613685 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı guya törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat inzibati cərimə növü tətbiq edilmişdir. Məhkəmə iclasında: Şikayətçinin nümayəndəsi və vəkili X11 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək, X16 Xidmətinin X5 tərəfindən qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarların ləğv olunmasını və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində son haqqhesabın vaxtında verilməməsinə görə məsuliyyət nəzərdə tutulmamışdır. Bundan başqa əmək hüquqlarının pozulması ilə bağlı X10 26 noyabr 2024-cü il tarixdə və 10 dekabr 2024-cü il tarixdə Əmək Müfəttişliyinə teleqram göndərərək verdiyi şikayəti geri götürdüyünü, şikayəti ilə əlaqədar heç bir araşdırma aparılmamasını və araşdırmaya xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən Əliyev Əliverdi araşdırmaya xitam verilməsini xahiş etdiyindən həmin icraata xitam verilə bilərdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2 nümayəndəsi X15 bildirdi ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin elektron ünvanına işdən çıxarılarkən son haqq-hesabın ona həmin gün verilməli olduğu halda gec verilməsi ilə bağlı müraciətinə X16 Xidmətinin Sirvan-X22ndə baxılmışdır. Və araşdırma aparılarkən məlum olmuşdur ki, vətəndaş X6 şikayəti əsaslıdır. Ona işdən çıxdığı gün ödənməli olan müavinət gec ödənilmişdir. Bu da ciddi inzibati xəta pozuntusu olduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən X14 700 manat cərimə olunmuşdur. Məhkəmə şikayətçinin nümayəndəsinin və vəkilinin izahatını, şikayət ərizəsini, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın nümayəndəsinin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X16 Xidmətinin X2 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, X4 müqaviləsinə xitam verilən zaman (15 oktyabr 2024-cü il) işçinin əmək haqqı ona gec verilmişdir. X16 Xidmətinin X2 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, X4 əmək müqaviləsinə xitam verildiyi gün, son haqq-hesab ödənilməmişdir. X19 Rəşid tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 -cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Tətbiq edilən hüquq: “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 83-cü maddəsinin 4-cü bəndinə əsasən əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Qərarı: Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda göstərilənlərə əsasən X9 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni olmuş, X16 Xidmətinin X5 tərəfindən 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X9 barəsində X16 Xidmətinin X2 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarına əlavə olunmuş sənədlərlə sübut olunur ki, 15 oktyabr 2024-cü il tarixli 541-k saylı əmirə əsasən Əliverdi Əliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ona 2024-cü ilin oktyabr ayının 30da həmin ay işlədiyi günlər üçün əmək haqqı, istifadə etmədiyi məzuniyyətə görə son haqq-hesabı və orta aylıq əmək haqqının 2,0 misli miqdarında işdənçıxma müavinətinə görə 1276,07 manat kart hesabına ödənilmişdir. Göründüyü kimi işçi olaraq Əliverdi Əliyevə ona düşən bütün ödənclər işdən çıxdığı gün deyil, 15 gün sonra tam məbləğdə işdən çıxdığı gün verilmiş, bununla da Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri işəgötürən tərəfindən kobud surətdə pozularaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X9 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, X16 Xidmətinin X2 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X1 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olduğu üçün X16 Xidmətinin X2 11 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar