Məhkəmə qərarları › İş №3(022)-201/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-201/2023

04.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-201/2023 04.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri H.Cavid küçəsi, ev 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar şəhəri, Azadlıq küçəsində ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 göstərmişdir ki, Şəxs 02 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(022)-51/2023 nömrəli qərarı əsasında ünvan 1 ünvanında vətəndaş X5 yaşadığı evdə axtarış aparılan zaman təhlükəsizliyin təmin edilməsi məqsədilə şöbənin PPXB-nin əməkdaşları Nofəl Kəlbizadə və Əmrah Əmirov ilə birlikdə Azadlıq küçəsində xidmətdə olmuşlar.Biləsuvar şəhər sakini Rəşad kimi tanıdıqları şəxs sərxoş halda qeyd edilən ünvana gələrək axtarış aparılmasına etiraz etmiş, ona axtarışın qanuni əsaslarla aparılmasını dəfələrlə izah etsələr də, Rəşad yüksək səslə “namusunuz, qeyrətiniz olsun” deyərək axtarış aparılmasına mane olmaq istəmişdir.Onlar Rəşada bir daha axtarışın məhkəmənin qərarı əsasında aparılmasını izah etsələr də, polisin qanuni tələblərinə tabe olmayaraq, yüksək səslə mənzildə axtarışın dayandırılmasını təkid etmişdir. Axtarışın təmin edilməsi üçün onu kənarlaşdırmaq istədikdə, onun içkili olduğunu hiss etmişlər. Lakin, onu RPŞ-nə aparmaq mümkün olmamışdır. Beləliklə də, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanında vətəndaş X5 yaşadığı evdə axtarış aparılan zaman polis əməkdaşlarına etirazını bildirmiş, onların qanuni tələblərinə riayət etməmişdir. Belə ki, həmin vaxt içkili olmuş, içkinin təsirindən bu hərəkətlərə yol vermişdir. Hazırda əməlindən peşimandır, bir də belə hərəkətlərə yol verməyəcəyini bildirməklə, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. X1 izahat verərək bildirmişdir ki, Şəxs 02 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(022)-51/2023 nömrəli qərarı əsasında ünvan 3 ünvanında vətəndaş X5 yaşadığı evdə axtarış aparılan zaman təhlükəsizliyin təmin edilməsi məqsədilə şöbənin PPXB-nin əməkdaşları Nofəl Kəlbizadə və Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 ilə birlikdə Azadlıq küçəsində xidmətdə olmuşlar.Biləsuvar şəhər sakini Rəşad kimi tanıdıqları şəxs sərxoş halda qeyd edilən ünvana gələrək axtarış aparılmasına etiraz etmiş, ona axtarışın qanuni əsaslarla aparılmasını dəfələrlə izah etsələr də, Rəşad yüksək səslə “namusunuz, qeyrətiniz olsun” deyərək axtarış aparılmasına mane olmaq istəmişdir.Onlar Rəşada bir daha axtarışın məhkəmənin qərarı əsasında aparılmasını izah etsələr də, polisin qanuni tələblərinə tabe olmayaraq, yüksək səslə mənzildə axtarışın dayandırılmasını təkid etmişdir. Axtarışın təmin edilməsi üçün onu kənarlaşdırmaq istədikdə, onun içkili olduğunu hiss etmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir, İXM-in 535.1-ci maddəsi ilə təqsiri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, həm də şahidlərin izahatı ilə təsdiqini tapır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli 90 saylı aktdan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510-cu və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar