Məhkəmə qərarları › İş №3(022)-201/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-201/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-201/2024 23.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X7, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin YPXnin baş inspektoru, polis leytenantı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1966-cı ildə Yardımlı rayonu Bürzümbül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-çu il tarixda saat 13:50 radalarinda idara etdiyi NİSSAN X-TRAİL markalı 99-ÇV-630 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləsuvar şəhəri İqbal Aslanlı küçəsi istiqamətində hərəkətdə olan zaman özünü itirdiyi üçün avtomobili yolda iş görən fəhlələrin üzərinə sürmüş, onlar özlərini kana atmış, sürücü isə piyadaları vurmamaq üçün sükanı sola, yəni əks hərəkət zolağına döndərərək, dayandığı yerdə Zərərçəkmiş şəxs1 idarə etdiyi KİA RİO markalı 99 ZY-221 dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə dəymiş və nəticədə həmin avtomobil də arxa tərəfdə dayanmış VAZ-2115 markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomoibilin ön tərəfinə çırpılaraq, həmin avtomobilə də ziyan dəymişdir. Buna görə də Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru, polis leytenantı X12 göstərdi ki, xx.xx.2023-çu il tarixda saat 13:50 radələrinda Şəxs idara etdiyi NİSSAN X- TRAİL markalı 99-ÇV-630 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləsuvar şəhəri İqbal Aslanlı küçəsi istiqamətində hərəkətdə olan zaman özünü itirdiyi üçün avtomobili yolda iş görən fəhlələrin üzərinə sürmüş, onlar özlərini kanala atmış, sürücü isə piyadaları vurmamaq üçün sükanı sola, yəni əks hərəkət zolağına döndərərək, dayandığı yerdə Zərərçəkmiş şəxs1 idarə etdiyi KİA RİO markalı 99 ZY-221 dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə dəymiş və nəticədə həmin avtomobil də arxa tərəfdə dayanmış VAZ-2115 markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomoibilin ön tərəfinə çırpılaraq, həmin avtomobilə də ziyan dəymişdir.Hadisə yerinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək toplanmış materiala əlavə olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, özünə məxsus NİSSAN X-TRAİL markalı 99-ÇV-630 dovlat qeydiyyat nişanlı minik avtomobili vardır, lakin avtomobili idara etmak uçun suruçuluk vəsiqəsi yoxdur. Ona görə də ona məxsus avtomobili idarə etmək uçun qonşusu X4 idara etmak uçun etibarnamə vermişdir. xx.xx.2023-çu il tarixda saat 13:50 radalarinda idara etdiyi NİSSAN X-TRAİL markalı 99-ÇV-630 d.q.n. avtomobili ilə Bilasuvar şəhəri N.Gəncəvi küççəsindən İ.Aslanlı kuçəsinə dönmüşdür. Nəmin vaxt yolda kommunikasiya xatti keçirmək uçun iş görülürdü. Lakin bununla bağlı yolda İeç bir nişan qoyulmamışdır. Qarşı hərəkət zolağında hərəkətdə olan avtomobillər də dayanıb gözləyirdi. Həmin vaxt kuçədə çoxlu vətəndaşlar var idi. O, iş görənləri anidən görüb həyəcanlanmış və onlarl vurmamaq üçsün avtomibili dərhal sola döndərmiş və nəticədə qarşı hərəkət zolağı ilə gələn KİA markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomibillə ön tərəfdən toqquşmuşdur.Hadisə zamanı o, piyadalardan heç kimi vurmamış və heç kimə xəsarət yetirməmişdir.Odur ki, barəsində yungül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahatında göstərmişdir ki, onun şəxsi KİA RİO markalı 99ZY221 övlət qeydiyyat nişanlı minik avtomobili vardır, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində idarə etdiyi KİA RİO markalı ** ZY *** d.q.n. avtomobili ilə Biləsuvar şəhəri İ.Aslanlı küçəsi ilə H.Əliyev küçəsi istiqamətində hərəkətdə olarkən, H.Əliyev küçəsinə çatmağa təxminən 10-15 metr qalmış əks hərəkət zolağında iş gedirdi. Qarşıdan gələn NİSSAN X-TRAİL markalı **-CV-*** d.q.n. vtomobilin sürcüsü onun hərəkət zolağında avtomobili saxlamışdır. Ona görə də ondan öndə gedən iki mikroavtobus dayanıb yolun açılmasını gözləyirdi. O, da təxminən 4-5 metr aralıda saxlayıb gözləyirdi. Bir neçə dəqiqə sonra yolu açmışlar, bu zaman NİSSAN X-TRAİL markalı **-CV-*** d.q.n. avtomobilin sürcüsü avtomobili işə salıb hərəkətə başladı, amma özünü itirdiyi üçün avtomobili yolda iş görən fəhlələrin üstünə sürdü, onlar özlərini kənara atdı, sürücü isə piyadaları vurmamaq üçün sükanı sola, yəni əks hərəkət zolağına döndərdi və gəldiyi sürətlə də dayandığı yerdə onun idarə itdiyi avtomobilin sol ön tərəfindən dəydi. Zərbənin təsirindən onun avtomobili yerindən geriyə sürüşərək ondan arxada dayanmış VAZ-2115 markalı **-MT-*** d.q.n. avtomobilin ön tərəfinə çırpıldı və həmin avtomobilə də ziyan dəydi. Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, onun şəxsi VAZ-2115 markalı **- MT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır, avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində idarə etdiyi VAZ- 2115 markalı **-MT-*** d.q.n. avtomobili ilə Biləsuvar şəhəri İ.Aslanlı küçəsi ilə H.Əliyev küçəsi istiqamətində hərəkətdə idi. H.Əliyev küçəsinə çatmağa təxminən 10- 15 metr qalmış yolda iş getdiyindən tıxac yaranmışdır. Ona görə də ondan öndə gedən KİA markalı **-ZY-*** d.q.n. avtomobil dayandı. O, ondan təxminən 2 metr aralıda saxlamışdır. Bu zaman H.Əliyev küçəsi ilə “Aran” market istiqamətdən gələn NİSSAN X- TRAİL markalı **-CV-*** d.q.n. avtomobilin sürcüsü İ.Aslanh küçəsinə döndü və onun yolunda iş görən fələləri görüb özünü itirdi və piyadaları vurmamaq üçün sükanı sola, yəni əks hərəkət zolağına döndərdi və gəldiyi sürətlə də ondan öndə dayanmış KİA markalı 99- ZY-221 d.q.n. avtomobilin sol ön tərəfindən dəydi. Zərbənin təsirindən KİA markalı avtomobil yerindən geriyə sürüşərək onun avtomobilinin ön tərəfinə çırpıldı və avtomobiliə ziyan dəydi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İşdə olan 29 dekabr 2023-cü il tarixli 836 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin № 05 saylı ekspert rəyindən görünür ki, X5 alının sol dirsək oynaq nahiyyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin № 03 saylı ekspert rəyindən görünür ki, X2 diz oynağı nahiyyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin № 04 saylı ekspert rəyindən görünür ki, X6 hər hansı bir xəsarət müəyyən olunmadı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin № 06 saylı ekspert rəyindən görünür ki, X1 diz oynağı nahiyyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar