Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-203/2023 04.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 25 avqust 1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri T.İsmayılov küçəsi, ev 22də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Biləsuvar rayonu Qızqayıt Həsənova adlanan yolda uca səslə nəlayiq ifadələr işlətməklə, ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X2 göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində Biləsuvar rayonu, Qızqayıt Həsənova adlanan yolda polis baş serjantı X8 və polis serjantı X9 ilə xidmətdə olarkən VAZ-2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayandığını görüb, avtomaşına yaxınlaşaraq özlərini təqdim etmiş və dayanma səbəbini soruşmuşlar.Bu zaman avtomaşının sürücüsü onlara yaxınlaşmalarını qəbul etməyərək, onları nəlayiq söyüşlərlə təhqir etmiş, ucadan səs-küy salaraq nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə öz hüquqlarını izah etməyə çalışsalar da, Şəxs polisin ünvanına nəlayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmağa davam etmişdir.Onu RPŞ-nə dəvət edən zaman Şəxs PPX-nin əməkdaşı Sübhan Əbilova əl-qol ataraq olduğu yerdən uzaqlaşmağa çalışmışdır.Lakin, onlar həmin şəxsi RPŞ-nə gətirərək raportla növbətçi hissəyə təhvil vermişlər. Beləliklə də, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təkzib edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus VAZ-2107 markalı avtomaşını ilə Qızqayıt Həsənova adına yolun kənarında maşını saxlamış, bir qədər keçdikdən sonra PPX-yə məxsus polis maşını onun yanında saxlamış və maşından bir nəfər polis əməkdaşı düşərək, özünü təqdim etmədən kim olduğunu soruşmuşdur.Bu zaman aralarında mübahisə yaranmış və ona zor tətbiq etməklə polis şöbəsinə gətirmişlər. X4 izahat verərək bildirmişdir ki, 03 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində Biləsuvar rayonu, Qızqayıt Həsənova adlanan yolda polis serjantı X9 ilə xidmətdə olarkən VAZ-2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayandığını görüb, avtomaşına yaxınlaşaraq özlərini təqdim etmiş və dayanma səbəbini soruşmuşlar.Bu zaman avtomaşının sürücüsü onlara yaxınlaşmalarını qəbul etməyərək, onları nəlayiq söyüşlərlə təhqir etmiş, ucadan səs-küy salaraq nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə öz hüquqlarını izah etməyə çalışsalar da, Şəxs polisin ünvanına nəlayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmağa davam etmişdir.Onu RPŞ-nə dəvət edən zaman Şəxs PPX-nin əməkdaşı Sübhan Əbilova əl-qol ataraq olduğu yerdən uzaqlaşmağa çalışmışdır.Lakin, onlar həmin şəxsi RPŞ-nə gətirərək raportla növbətçi hissəyə təhvil vermişlər. X5 izahat verərək bildirmişdir ki, 03 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində Biləsuvar rayonu, Qızqayıt Həsənova adlanan yolda polis baş serjantı X8 ilə xidmətdə olarkən VAZ-2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayandığını görüb, avtomaşına yaxınlaşaraq özlərini təqdim etmiş və dayanma səbəbini soruşmuşlar.Bu zaman avtomaşının sürücüsü onlara yaxınlaşmalarını qəbul etməyərək, onları nəlayiq söyüşlərlə təhqir etmiş, ucadan səs-küy salaraq nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə öz hüquqlarını izah etməyə çalışsalar da, Şəxs polisin ünvanına nəlayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmağa davam etmişdir.Onu RPŞ-nə dəvət edən zaman Şəxs PPX-nin əməkdaşı Sübhan Əbilova əl-qol ataraq olduğu yerdən uzaqlaşmağa çalışmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir, İXM-in 535.1-ci maddəsi ilə təqsiri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, həm də şahidlərin izahatı ilə təsdiqini tapır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510-cu və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(022)-203/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-203/2023
04.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver