Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-203/2024 23.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar şəhəri S.Vurğun küçəsi ev 80-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.2-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Əhmədova X2 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)-812/2023 nömrəli qərara əsasən İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən də, Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 23 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, borclu Şəxs xx.xx.2023-cü il tarixli 3(022)-812/2023 nömrəli qərara əsasən İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat cərimə edilmişdir. Lakin xəbərdarlıqlar edilməsinə və borcludan izahatlar alınmasına baxmayaraq, borclu cəriməni ödəməyəcəyini, bunun üçün maddi imkanı olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi qəbul etmişdir. Heç bir gəliri yoxdur, maddi vəziyyəti çətindir, ona görə də borcunu ödəyə bilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 529.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxsnun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs səmimi olaraq peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 529.2-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 160 (yüz altımış) saat müddətə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun və Şəxs inzibati tənbehi yaşadığı ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(022)-203/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-203/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver