Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-203/2025 14.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 481-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində İXM-in 481-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 04 may 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə mərkəzi, 1-ci bölmədə İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “VOLVO” markalı, 45AB721/45AB722 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gələn İran İslam Respublikası vətəndaşı X1 Ebrahımın idarə etdiyi yük avtomobili gömrük yoxlaması məqsədilə yoxlama qrupuna göndərilmişdir. Yoxlama qrupuna göndərilən nəqliyyat vasitələrinin çoxluğu və növbəlilik prinsipi nəzərə alınaraq həmin nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə gömrük yoxlaması tətbiq edilmişdir. 05 may 2024-cü il tarixdə hal şahidləri dəvət edilərək daxil olmuş əməliyyat məlumatına əsasən yük avtomobili əsaslı yoxlanılmışdır. Yoxlama başlamazdan əvvəl X1 Ebrahim gömrük əməkdaşı tərəfindən idarə etdiyi yük avtomobilində hər hansı gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli predmetlərin olub-olmaması barədə şifahi sorğu-sual edilmişdir. O, isə öz növbəsində idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və 4759 saylı CMR-də, xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli, **********5097 nömrəli qısa idxal bəyannaməsində göstərilmiş yüklərdən əlavə bəyan ediləsi hər hansı bir predmetin olmamasını bildirmişdir. Bundan sonra gömrük nəzarəti məqsədi ilə İran İslam Respublikası vətəndaşı X1 Ebrahımın idarə etdiyi “VOLVO” markalı, 45AB721/45AB722 qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı avtomobilin yük yerində olan yüklərin 4759 saylı CMRdə, xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli, **********5097 nömrəli qısa idxal bəyannaməsində qeyd olunan yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı “VOLVO” markalı, 45AB721/45AB722 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 4759 saylı CMR-də, xx.xx.2024-cü il tarixli, 403/04 nömrəli invoysda və xx.xx.2024-cü il tarixli, **********5097 nömrəli qısa idxal bəyannaməsində göstərilən 20650 kq “keşniş toxumu” yükünün 20055 kq hissəsinin bəyan edilmiş yüklə eynilik təşkil etdiyi, 595 kq hissəsinin «kəvər» toxum yükü olduğu məlum olmuşdur. Beləliklə, 595 kq «kəvər» toxum yükünün Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə keçirilməsi ehtimalına gətirmişdir.Bununla da Şəxs tərəfindən İXM-in 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqan–Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi X8 05 fevral 2025-ci il tarixli 01200-00354/24-01 nömrəli (EP № 0180629) inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edərək, Şəxs barəsində qanunla müəyyən edilmiş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X6 İXM-in 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs barəsində qanuni qərar qəbul edilməsinu xahiş etdi. İnzibati xətalar haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törədilməsində təqisri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 481-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə təqsirli bilinən Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində inzibati xəta haqqında 01200- 00354/24 saylı iş baxılması üçün 09 iyul 2024-cü il tarixli 3- 33-1500/2-000785/2024 saylı məktubla Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 3(022)-561/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə təqsirli bilinərək 5950 manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir. Yusibova X3 Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 3(022)-561/2024 saylı qərarından apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 3(106)-397/2024 saylı qərarına əsasən Biləsuvar Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 3(022)- 561/2024 saylı qərarı verilmiş şikayətə əsasən ləğv edilərək Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsində yenidən icraata götürülmüş iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Agrar Xidmətlər Agentliyinə sorğu verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Agrar Xidmətlər Agentliyindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli 3-22-1/2-2180/2024 saylı məktub və qoşmasında analizin nəticəsinə əsasən geyd edilən toxumun bitkilər aləminin soğan cinsinin kəvər növünə (Allium porrum L.) aid olduğu müəyyən edildiyi göstərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli 3(022)-561/2024 saylı məktubu ilə inzibati xəta haggında protokol və ona əlavə edilmiş sənədlər Biləsuvar Gömrük İdarəsinə geri gaytarılmışdır. Zərurət yarandığından 30 yanvar 2025-ci il tarixdə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün 31 yanvar 2025-ci il tarixli 3-33-1500/2-000120/2025 saylı məktubla Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının «Azərekspertiza» Birliyininə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının «Azərekspertiza» Birliyinin 04 fevral 2025-ci il tarixli 01 (B) saylı ekspert aktına əsasən tədqigata təqdim edilmiş kəvər toxumunun xx.xx.2024-cü il tarixə 1 kq-nın orta bazar qiymətinin 10,00 (on) manat, 595 kq-nın qiymətinin isə 5950,00 (beş min doqquz yüz əlli) manat müəyyən edilmişdir. Biləsuvar Gömrük İdarəsi, Əməliyyt və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X7 tərəfindən Şəxs barəsində 05 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsi ilə inzibati xəta haqqında EP № ******* saylı protokol tərtib edilərək müvafiq qərar qəbul edilməsi üçün Biləsuvar Rayon Məhkəmsinə göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 481-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 481-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə 595 kq kəvər toxumunun 5950 (beş min doqquz yüz əlli) manat dəyərinin 40 faizi miqdarında, yəni 2380 (iki min üç yüz səksən) manat məbləğdə inzibati cərimə tətbiq edilsin. Biləsuvar Gömrük İdarəsində saxlanılan 595 kq kəvər toxumu müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-203/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-203/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver