Məhkəmə qərarları › İş №3(022)-206/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-206/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-206/2024 11.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu, Təzəkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə “Zəvvar” OT-nin “balıq gölü” adlanan ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. Buna görə də Şəxs barəsində “Zəvvar” OT-nin sahə müfəttişi X3 tərəfindən 02 fevral 2024-cü il tarixdə İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində olan “Zəvvar” OT-nin sahə müfəttişi X3 tərəfindən tərtib olunmuş 02 fevral 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsi barəsində müvafiq tədbirin görülməsini xahiş etdi. Həmçinin o, bildirmişdir ki, “Zəvvar” OT-nin “balıq gölü” adlanan ərazidə əlində qoşalülə ov tüfəngi olmuş, lakin heç bir quş ovlamamışdır. İnzibati protokolu tərtib etmiş “Zəvvar” OT-nin sahə müfəttişi X3 izahat verərək Şəxs xx.xx.2024-cü il tarixdə “Zəvvar” OT-nin “balıq gölü” adlanan ərazisində qoşalülə ov tüfəngi ilə qanunsuz ovla məşğul olarkən saxlanılmasını bildirərək, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs Şəxs və “Zəvvar” OT-nin sahə müfəttişi X1 izahatlarını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, işin dəlillərini tədqiq edərək hesab edir ki, “Zəvvar” OT-nin sahə müfəttişi X3 tərəfindən tərtib olunmuş 02 fevral 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol ləğv edilməli və Şəxs barəsində İXM-in 272.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Zəvvar” OT-nin sahə müfəttişi X3 tərəfindən tərtib olunmuş 02 fevral 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə “Zəvvar” OT-nin “balıq gölü” adlanan ərazisində Şəxs qanunsuz ov etdiyinə görə onun barəsində İXM-in 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 272.3-cü maddəsinin dispozisiyasına görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati hüquq normasının obyektiv cəhəti ov qaydalarının kobud şəkildə pozulmasında ifadə olunur ki, ov qaydalarının kobud şəkildə pozulmasını qanunverici aşağıdakı hərəkətlərin edilməsində ehtiva edir: lazımi icazə olmadan ov edilməsi, qadağan edilmiş yerlərdə ov edilməsi, qadağan olunmuş müddətlərdə ov edilməsi və qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi. Qadağan edilmiş ərazidə ov edilməsinə görə təqsirin müəyyən edilməsi zamanı əvvəlcə şəxsin həqiqətən də ov edib-etməməsi, daha sonra isə həmin ovun qadağan edilmiş ərazidə olması müəyyənləşdirilməlidir. Buna görə də, adıçəkilən hüquq normalarını hazırkı işin faktiki hallarına tətbiq edərkən məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən Şəxs əməlində İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmamış, əksinə toplanmış sübutlar sonuncunun əməlində İXM-nin 272.3-cü maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərli deyildir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Şəxs 16 çaplı “TOZ-63” markalı qundaq 917655, lülə 62646, lüləaltı dəstəyi ******* nömrəli qoşalülə ov silahının aşkar edildiyini qeyd etsə də, sonuncunun üzərində ov edilməsi üçün əlavə ləvazimatlar, həmçinin patron və ya ovlanmış hər hansı ov obyekti aşkar edilməmişdir. Halbuki, İXM-in 272.3-cü maddəsinin tərkibinin yaranması üçün şəxsin “ov etməsi” halının sübuta yetirilməsi zəruridir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırkı işin materiallarından da göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan “Zəvvar” OT-nin sahə müfəttişi X5 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun əməlində İXM-in 272.3-cü maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, Şəxs xx.xx.2024-cü il tarixdə “Zəvvar” OT-nin “balıq gölü” ərazisində həqiqətən də ov edib-etməməsi aydınlaşdırılmamışdır. Halbuki, İXM-in 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 105-105.1-ci maddələrinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 272.3cü maddəsinin tərkibi sübuta yetirilmədiyi üçün onun barəsində İXM-in 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda götərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Zəvvar” OT-nin sahə müfəttişi X3 tərəfindən tərtib olunmuş 02 fevral 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol ləğv edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar