Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-206/2025 18.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakı ilə, Şəxsnın, xx xxxxxxxx 1995-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, “Biləsuvar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsində mühafizəçi işləyən, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar şəhəri, N.Əlizadə küçəsində yerləşən 11 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 08 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində, Biləsuvar rayon mərkəzi xəstəxanasında, həmin xəstəxanada xadimə işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun tanışını analiz otağına növbədən kənar keçirməsinə etiraz etdiyinə görə mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs sol körpücükaltı nahiyyədə qançır ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. 08 yanvar 2025-ci il tarixdə Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edərək, bir-biri haqqında şikayət etmişlər. Belə ki, Şəxs həmin gün, saat 11 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasında xidməti vəzifələrini icra etdiyi zaman Zərərçəkmiş şəxs ona hücum edərək, onun üz nahiyəsinə 3 dəfə yumruqla zərbə endirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə 08 yanvar 2025-ci il tarixdə, səhər saatlarında Biləsuvar rayon mərkəzi xəstəxanasında olduğu vaxt mühafizəçi işləyən Şəxs onau sinə nahiyəsindən itələyərək, ona xəsarət yetirdiyini bildirmişdir. Belə ki, 08 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasında mühafizəçi kimi işləyən Şəxs ilə xadimə Zərərçəkmiş şəxs arasında sonuncunun analiz otağına yanında olan şəxsi növbədan kənar keçirməyə cəhd etdiyinə görə mübahisə baş vermişdir. Həmin mübahisə vaxtı Şəxs Zərərçəkmiş şəxs sina nahiyəsində itələmiş, sonuncu isə Şəxs sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Müraciətlərlə bağlı olaraq Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşları tərəfindən hadisənin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və baxış keçirilməsi barədə protokol tərtib olunaraq materiala əlavə olunmuşdur. Zərərçəkmiş şəxs mübahisə zamanı yetirilmiş xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğuna görə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin 08 fevral 2025-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş və tərəflərin barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün iş materialları Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatları təsdiq edərək və inzibati xəta törətməkdə özünü təqsirli bilərək, hazırda əməlindən peşmançılıq hissi keçirdiyini və Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini bildirdi və barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatları təsdiq edərək, hazırda Şəxs onunla barışıq əldə etdiyini və ona dəymiş zərəri könüllü olaraq tam ödədiyini bildirdi, habelə Şəxs onunla barışıq əldə etdiyini nəzərə alaraq, həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə onun barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci madəsinin tələbinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışıqdıqda, xitam verilir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19 fevral 2025-ci il ərizədən görünür ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs Şəxs qarşı tələbi və ya şikayəti yoxdur və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinin tələbinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci madəsinin tələbinə görə Azərbaycan Respublikası İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 105, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-206/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-206/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver