Məhkəmə qərarları › İş №3(022)-207/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-207/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-207/2025 18.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1980-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, evli, Biləsuvar rayon mərkəzi xəstəxanasında xadimə işləyən, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Zərərçəkmiş şəxs 08 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində, Biləsuvar rayon mərkəzi xəstəxanasında, həmin xəstəxanada mühafizəçi işləyən X4 ilə aralarında mübahisə zamanı Zərərçəkmiş şəxs sol almacıq nahiyədə şişkinlik və qançır, üst dodağın sol yarısında və boyunun sol yan səthində sıyrıqilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. 08 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs və Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edərək, bir-biri haqqında şikayət etmişlər. Belə ki, Zərərçəkmiş şəxs həmin gün, saat 11 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasında xidməti vəzifələrini icra etdiyi zaman Şəxs ona hücum edərək, onun üz nahiyəsinə 3 dəfə yumruqla zərbə endirdiyini bildirmişdir. Şəxs isə 08 yanvar 2025-ci il tarixdə, səhər saatlarında Biləsuvar rayon mərkəzi xəstəxanasında olduğu vaxt mühafizəçi işləyən Zərərçəkmiş şəxs onau sinə nahiyəsindən itələyərək, ona xəsarət yetirdiyini bildirmişdir. Belə ki, 08 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasında mühafizəçi kimi işləyən Zərərçəkmiş şəxs ilə xadimə Şəxs arasında sonuncunun analiz otağına yanında olan şəxsi növbədan kənar keçirməyə cəhd etdiyinə görə mübahisə baş vermişdir. Həmin mübahisə vaxtı Zərərçəkmiş şəxs Şəxs sinə nahiyəsində itələmiş, sonuncu isə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Müraciətlərlə bağlı olaraq Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşları tərəfindən hadisənin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və baxış keçirilməsi barədə protokol tərtib olunaraq materiala əlavə olunmuşdur. Zərərçəkmiş şəxs mübahisə zamanı yetirilmiş xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğuna görə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin 08 fevral 2025-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş və tərəflərin barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün iş materialları Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatları təsdiq edərək və inzibati xəta törətməkdə özünü təqsirli bilərək, hazırda əməlindən peşmançılıq hissi keçirdiyini və Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini bildirdi və barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahatında inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatları təsdiq edərək, sonradan Şəxs onunla barışıq əldə etdiyini və ona dəymiş maddi zərəri könüllü olaraq tam ödədiyini bildirdi və Şəxs onunla barışıq əldə etdiyini nəzərə alaraq, həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Zərərçəkmiş şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin Zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə onun barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci madəsinin tələbinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışıqdıqda, xitam verilir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19 fevral 2025-ci il ərizədən görünür ki, Şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs Şəxs qarşı tələbi və ya şikayəti yoxdur və sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinin tələbinə görə həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci madəsinin tələbinə görə Azərbaycan Respublikası İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 105, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar