Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-208/2023 15.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iş üzrə zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1977-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol- Patrul Xidməti Alayının 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs idarə etdiyi “VAZ-21214” minik markalı, 12BX399 dövlət qeydiyyat nişanlı avtomobillə 25 dekabr 2022-ci ildə saat 19:15 radələrində Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisindən keçən 115-ci kilometrliyində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub, yəni relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir, lakin sürücü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, Astara rayonu istiqamətinə 80 km/saat sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə saatda 30 km/saat sürətlə hərəkət edən X3 idarə etdiyi “VAZ-21074” minik markalı 12BH927 dövlət qeydiyyat nişanlı avtomobillə sola dönməyə başladıqdan sonra avtomobili sola istiqamətləndirərək qarşı əks hərəkət zolağına çıxmış, yolayrıcı dairə etdiyi avtomobilin qabaq hissəsi “VAZ-21074” markalı avtomobilin arxa sol tin hissəsindən dəyərək toqquşmuş, nəticədə “VAZ-21074” minik markalı avtomobilin sürücüsü Sahib Hüseynzadənin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmaya aid olan bədən xəsarəti almasına və Sahib Hüseynzadənin etibarnamə ilə idarə etdiyi “VAZ-21074” minik markalı, 12BH927 dövlət qeydiyyat nişanlı avtomobilə 3900(üç min doqquz yüz) manat maddi ziyan vurmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımın Yol Patrul Xidməti İnspektoru polis serjantı X2 Habil Saday oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, bildirdi ki, o, törətdiyi əməldən səmimi peşmandır və bir daha qanun pozuntusuna yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə aradan qaldırmaqla zərərçəkmiş şəxslə barışığa nail olmuşdur. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X4 bildirdi ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta nəticəsində ona dəymiş zərəri könüllü olaraq, tamamilə ödəmiş və onunla barışığa nail olmuşdur. Sonda S.F.Hüseynzadə Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İşrə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat idarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin 10 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, sürücü Şəxs əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozaraq avtomobillərin toqquşma nəticəsində toqquşduğu avtomobilin sürücüsü Sahib Hüseynzadənin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduğuna görə barəsində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 486 saylı ekspert rəyindəın görünür ki, X4 aldığı xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağamlığa yüngül zərər vurmaya aiddir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə aradan qaldırmaqla, həmin şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun müvəqqəti məhdudlaşdırlması növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun müvəqqəti məhdudlaşdırlması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 6(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun müvəqqəti məhdudlaşdırlması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin ədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-208/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-208/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver