Məhkəmə qərarları › İş №3(022)-21/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-21/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-21/2025 22.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1971-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri Qoçüstü məhəlləsi, ev 2, mənzil 53-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük idarəsi Biləsuvar keçid məntəqəsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq əl yüklərində gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X-Ray” rentgen yük yoxlama qurğusundan keçərkən fərqli qara sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən Şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub- olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və yoxlama zamanı Şəxs məxsus fərqli qara selofan torbaların içərisində yerləşən qarışıq ərzaq yüklərinin arasından və əl çantasından gömrük nəzarətində gizlədilmiş, aksiz markası ilə markalanmayan ümumilikdə 60 qutu üzərində “PARLİAMENT PLATİNUM” markalanma yazısı olan, 29 qutu üzərində "X6” markalanma yazısı olan və 20 qutu üzərində “X7” markalanma yazısı olan siqaretlər aşkar aşkar edilərək götürülmüşdür.Bu əməli ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti palkovnik leytenantı X2 tərtib etdiyi 18 dekabr 2024-cü il tarixli № 01200- 00661/24 saylı EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən 15 sentyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Biləsuvar keçid məntəqəsində Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olaraq əl yüklərində gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra sərnişin keçid xəttində olan “Heimann X- Ray” rentgen yük yoxlama gurğusundan keçərkən fərgli gara sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması gurğunun müşahidə monitorunda əks olunması səbəbindən Şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmış və Şəxs üzərində və əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra əl yüklərinə gömrük yoxlaması həyata keçirilmiş və yoxlama zamanı sonuncuya məxsus qara rəngli selofan paketlərdən və əl santasından gömrük nəzarətinə bəyan edilməyən aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlanmamış 60 gutu “Parliament Platinum” markalı, 29 gutu “X6” markalı və 20 qutu “X7” markalı sigaretlər aşkar edilərək protokol əsasında götürülmüşdür.Qeyd olunan faktla bağlı 15 sentyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində 3-33-1500/012/002419 nömrəli araşdırma başlanılmışdır. İş materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli 7/1576-9/7832 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, aksiz markası olmayan, 60 gutu “Parliament Platinum” markalı, 29 gutu “X6” markalı və 20 qutu “X7” markalı siqaretlərin keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və həmin siqaretlərin xx.xx.2024-cü il tarixə olan ümumilikdə orta bazar dəyəri təxminən 673 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş malların «Azərterminalkompleks» Birliyinin saxlanc anbarına qəbul edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli №194 S/2024 saylı aktdan görünür ki, 55 qutu “Parliament Platinum” markalı, 26 qutu “X6” markalı və 18 qutu “X7” markalı tütün məmulatları «Azərterminalkompleks» Birliyinin saxlanc anbarına qəbul edilmişdir. Qeyd olunan faktla bağlı Şəxs barəsində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti palkovnik leytenantı X3 tərəfindən 18 dekabr 2024-cü il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnizibati materialı tərtib etmiş şəxsə və inzibati xətanı törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş və «Azərterminalkompleks» Birliyinin saxlanc anbarına saxlanılan ümumilikdə 55 qutu “Parliament Platinum” markalı, 26 qutu “X6” markalı və 18 qutu “X7” markalı tütün məmulatları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar