Məhkəmə qərarları › İş №3(022)-210/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-210/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-210/2023 20.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X3 oğlunun iclas katibliyi ilə, Şəxs, ünvan 1 ünvanında yerləşən (VÖEN **********), barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Elektron gömrük xidmətindən əldə edilmiş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, Şəxs tərəfindən **********4700 sorğu nömrəli bəyannamə üzrə 2902,00 (iki min doqquz yüz iki) ABŞ dolları məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Buna görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı X2 tərəfindən 19 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında 12000-00107/23 saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və məhkəməyə gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxsin əməli düzgün olaraq, Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən xariçi iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xariçi valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarınıln tənzimlənməısi Qaydaları”nın 12-ci bəndinin icrasınınm təmin edilməsi və eyni zamanda Qanunun 12.2 və 12.3-cü bəndlərinin tələblərinə əsasən 180 gün müddətinə xarici valyuta vasitələri, malları ixrac edən ixracatçının Azərbaycan Respublkasında müvəkkil bankda olan hesabına köçürülməsi ixrac edən tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi, yəni 870 (səkkiz yüz yetmiş) ABŞ dolları məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar