Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-215/2024 12.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1983-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 23 fevral 2024-ci il tarixdə, saat 02:30 radələrində, “VAZ 21065 minik” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu Gömrük yolu istiqamətində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, sərxoş vəziyyətdə idarə edərkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Buna görə də Biləsuvar Rayon Polis X4 X2 Patrul Xidməti Bölməsinin inspektoru X1 tərəfindən Şəxs barəsində 23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları etiraf edərək və inzibati xətaları törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olmaqla yaşayır. “VAZ 21065 minik” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil onun atasına məxsus olsada, o, həmin avtomobili etibarnamə ilə idarə edir. 23 fevral 2024-cü il tarixdə, Zəngilan rayonunda, axşam yemək yeyən zaman spirtli içki qəbul etmiş və daha sonra həmin avtomobillə yaşadığı Cəlilabad rayonuna yola düşmüşdür. Biləsuvar rayonunda polis əməkdaşları onu saxladıqdan sonra onu Biləsuvar rayonu Polis şöbəsinə gətirmiş və həkim müayinəsinə aparmışlar.Həkim müayinəsi zamanı onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirləri tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 23 fevral 2024-cü il tarixli 169 saylı aktdan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını, ictimai faydalı əməklə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-nin 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədr vəzifəsini icra edən Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-215/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-215/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver