Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-216/2023 20.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iş üzrə Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 17 avqust 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 17 noyabr 2022-ci il tarixdə sat 15:50 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri Nizami küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək həmin avtomobili yolda müəyyən edilmiş 60 km/saat hərəkət surətindən artıq, yəni 90 km/saat surətlə hərəkət etdirməklə, həmin küçə ilə əks istiqamətdə hərəkətdə olan “VAZ 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qıza müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Buna görə də Biləsuvar Rayon Polis X5 Polis Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib ediilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, bildirdi ki, o, 17 noyabr 2022-ci il tarixdə “VAZ 21074” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibindən həmin avtomaşını nisyə almaq barədə razılıq əldə etdikdən sonra sonuncunun ona nəqliyyat vasitəsinin idarə etməyə dair etibarnamə verməsi üçün notariat ofisinə getmək məqsədilə həmin gün saat 15:50 radələrində, həmin “VAZ 21074” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri Nizami küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman, avtomobili yolda müəyyən edilmiş 60 km/saat hərəkət surətindən artıq, yəni 90 km/saat surətlə hərəkət etdirmişdir. Bu zaman o, idarə etdiyi avtomobilin sol tərəfi ilə əks istiqamətdə olan “VAZ 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli xəsarətlər almışdır. Maddi vəziyyəti imkan vermədiyinə görə o, Zərərçəkmiş şəxs vurduğu maddi zərəri ödəyə və zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 17 noyabr 2022-ci il tarixdə, saat 15:50 radələrində, idarə etdiyi “VAZ 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri Nizami küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman, həmin avtomobilin qarşısına qəflətən “VAZ 21074” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil çıxaraq, onun idarə etdiyi “VAZ 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, xeyli sayda bədən xəsarətləri almışdır. Lakin o, həmyelisi Şəxs həbs olunmasını istəmədiyinə və həmin şəxs ona vurduğu maddi zərəri ödəyəcəyini vəd etdiyinə görə ona yetirilmiş xəsarətlərin güya yüngül dərəcəli olması barədə məhkəmə-tibb ekspertinin rəyinə etiraz etməmiş, buna görə də Şəxs barədə cinayət işi başlanmamıış, yalnız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, yol-nəqliyyat hadisəsindən 3 ay keçməsinə baxmayaraq, həmin hadisə zamanı aldığı xəsarətlər hələ də sağalmamışdır. O, məhkəmətibb eksperti tərəfindən müayinə olunarkən həmin ekspert onun başındakı və bədənindəki çoxsaylı xəsarətləri görsə də, bir çox xəsarətləri, o cümlədən hadisə zamanı qapalı kəllə beyin travması aldığını öz rəyində tam qeyd etməmişdir. Lakin Şəxs öz vədinə əməl etməmiş və ona vurulmuş maddi zərəri ödəmək üçün heç bir tədbir görməmişdir. Bununla belə o, inzibati xəta haqqında materiallar üzrə yenidən məhkəmə-tibb ekspertizası təyin olunmasını istəmir və hazırki işə mahiyyəti üzrə baxılıb Şəxs barədə qanunla müəyyən edilmiş ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini tələb edir. Çünki, hadisədən 3 ay keçməsinə baxmayaraq, ona vurulmuş maddi zərər Şəxs tərəfindən ona ödənilməmiş və həmin şəxs onunla barışmamışdır. Sonda Zərərçəkmiş şəxs Şəxs barədə qanunamüvafiq inzibati tənbeh tədbirlərinin görülməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan Biləsuvar Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X1 cinayət cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs “VAZ 21074 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili, həmin nəqliyyat vasitəsinin sahibi avtomaşında olmadığı halda etibarnamə olmadan idarə edərkən, 17 noyabr 2022-ci il tarixdə sat 15:50 radələrində “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin tələblərini pozaraq, yolnəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş xəsarətlər almışdır. İşdə olan məhkəmə-tibb ekspertizasının rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 17 noyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətı pozulmasına səbəb olmuş sağamlığa yüngül zərər vurmaya aiddir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 332.1-ci maddəsi müqayisəli tədqiqindən görünür ki, İXM-nin 327.8-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən. Vurulmiş əmlak zərərini əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq eməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yol – nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzninin ödənilməsi barədə mülki mühakimə icratı qaydasında, X2 qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərəçəkmiş şəxsə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs Xalıq oğlu barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 1 (bir) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Zərərçəkmiş şəxs izah edilsin ki, o, yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzi ödəğnilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaqa haqlıdır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-216/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-216/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver