Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-22/2025 04.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə X2, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, X2, ünvan 2 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 iyul 2024-cü il tarixdə Şəxs az miqdarda, ümumi dəyəri 1120 manat olan üzərində “Truckman” ******* yazısı olan “UAZ” markalı avtomobilin körpüsünün təzə vəziyyətdə 5 ədəd ehtiyat hissəsini, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV 7405.10000104” yazısı olan “KAMAZ” markalı yük avtomobilləri üçün təzə ehtiyat hissələrini (şatun vkladışı), sepli Traktor VT-yə aid olan 20 ədəd köhnə və işlənmiş ehtiyat hissə “şestrna”-nı Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən gömrük nəzarətinə bəyan etməmişdir. Nəticədə, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Biləsuvar Gömrük İdarəsi Əməliiyat və təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən 16 dekabr 2024-cü il tarixdə, 01200-00587/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında: Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 bildirmişdir ki, 28 iyul 2024-cü il Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasına “MERCEDES-BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən keçən zaman onunla şifahi sorğu- sual aparılmış, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olubolmaması soruşulmuşdur. O, isə öz növbəsində idarə etdiyi avtomobilində gömrük nəzarətindən gizlədilmiş və və gömrük nəzarətinə bəyan edilməli olan heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinin dartıcısı və qoşqusu yoxlanılmış, yoxlama zamanı “MERCEDES-BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda olan 021058 saylı CMR-də qeyd olunmuş “kubik daşı”, “qarışıq mətbəx əşyaları" və.s yüklərindən əlavə şübhəli predmetlərin olması müşahidə olunmuşdur. Bundan sonra gömrük nəzarəti məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES-BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobili əsaslı şəkildə yoxlanılmışdır. Yoxlama zamanı avtomobilin yük yerində olan yüklərin 021058 saylı CMR-də göstərilmiş yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı “MERCEDES- BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunun sağ tərəfində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş sandıqçadan gömrük nəzarətinə bəyan edilməyən 20 ədəd ehtiyat hissə “yay”, üzərində “Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə “şestirna”, avtomobilin yük yerindən isə, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr aşkar edilmişdir. Yoxlama qurtardıqdan sonra Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES- BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı aşkar edilən gömrük nəzarətinə bəyan edilməyən 20 ədəd ehtiyat hissə “yay", üzərində “Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə “şestirna”, avtomobilin yük yerindən isə, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 16 dekabr 2024-cü il tarixdə, 01200-00587/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Şəxs barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, sürücü kimi çalışır. Təxminən 2 ildir ki, Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə və əks istiqamətdə yük daşımaqla məşğul olur. 26 iyul 2024-cü il tarixdə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına “kubik daşı”, “qarışıq mətbəx əşyaları” və s. yükü aparmaq sifarişi almış, 27 iyul 2024-cü il tarixdə yüklə birlikdə idarə etdiyi “MERCEDES- BENZ” markalı, 77DB076/75ZA166 dövlət nömrə nişanlı yük avtomobil ilə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yola düşmüşdür. Yola düşməzdən əvvəl Naxçıvan şəhərində satmaq məqsədilə Bakı şəhərində yerləşən “Dərnəgül” bazarındakı mağazalardan birindən təxminən 500 manat dəyərində ehtiyat hissələr almışdır. Aldığı ehtiyat hissələrin bir hissəsini idarə etdiyi yük avtomobilinin qoşqusunun sağ tərəfində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş sandıqçaya, qalan hissəsini isə, yük avtomobilinin yük yerinə yerləşdirmişdir. 28 iyul 2024-cü il tarixdə təxminən 00:30 radələrində Biləsuvar şəhərinə çatmışdır. Həmin gün gecə saatlarında Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin qarşısında olan avtomobil parkında idarə etdiyi “MERCEDES-BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşıdığı “kubik daşı”, “qarışıq mətbəx əşyaları” və s. yükləri 021058 nömrəli “CMR” sənədində qeyd etdirmişdir. Daşıdığı yüklərin hamısın 021058 nömrəli “CMR” sənədində qeyd etdirsə də, Naxçıvan Muxtar Respublikası-Bakı şəhəri və əks istiqamətdə az müddət də yük daşımaqla məşğul olduğu üçün Naxçıvan Muxtar Respublikasında satmaq məqsədilə aldığı ehtiyat hissələrini 021058 nömrəli “CMR” sənədində qeyd etdirməyi unutmuşdur. Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə ixrac xəttinə daxil olmuş, pasport nəzarətindən keçdikdən sonra avtomobilini gömrük yoxlama yerinə sürdmüşdür. Həmin zaman gömrük əməkdaşı onunla şifahi şəkildə sorğusual apararaq, idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan malların olub-olmamasını soruşmuşdur. Şəxs da öz növbəsində idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya 021058 nömrəli “CMR” sənədində göstərilmiş mallardan əlavə bəyan edilməyən malların olmadığını bildirmişdir. Bundan sonra gömrük nəzarəti məqsədi ilə idarə etdiyi “MERCEDES-BENZ” markalı, “7DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobili gömrük əmkdaşları tərəfindən əsaslı şəkildə yoxlanılmişdır. Yoxlama zamanı avtomobilin yük yerində olan yüklərin 021058 saylı CMR-də göstərilmiş yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı MERCEDES-BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunun sağ tərəfində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş sandıqçadan gömrük nəzarətinə bəyan edilməyən 20 ədəd ehtiyat hissə “yay”, üzərində Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə “şestirna”, avtomobilin yük yerindən isə, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr aşkar edilmişdir. Yoxlama qurtardıqdan sonra idarə etdiyi “MERCEDES- BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı aşkar edilən gömrük nəzarətinə bəyan edilməyən 20 ədəd ehtiyat hissə “yay”, -zərində “Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə şestirna”, avtomobilin yük yerindən isə, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr protokol əsasında götürülərək qablaşdırılmışdır. Sonda Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6225 nömrəli, 03 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda təzə ehtiyat hissələrinin ümumilikdə 29 iyul 2024-cü il tarixə olan orta bazar qiyməti təxminən 760 manat müəyyən edilir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin ekspertizasının 04 (B) nömrəli, 14 dekabr 2024-cü il tarixli aktına əsasən sepli traktor vt-yə aid yay 20 ədəd, 1122-18 KM 10PZ markalı 60 dişli şestrna 1 ədəd, şestrna 23 dişli 1 ədəd, şestrna 12 dişli 1ədəd, cəmi 360 manat dəyərində müəyyən edilir. “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs idarə etdiyi “MERCEDES-BENZ” markalı, 77DB076/75ZA166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı aşkar edilən gömrük nəzarətinə bəyan edilməyən 20 ədəd ehtiyat hissə “yay", üzərində “Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə “şestirna”, avtomobilin yük yerindən isə, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr protokol əsasında götürülərək qablaşdırıldı. “Maddi sübutun təhvil verilməsi barədə” 28 iyul 2024-cü il tarixli aktdan görünür ki, Şəxs hüquqpozma predmeti kimi götürülmüş 20 ədəd ehtiyat hissə “yay", üzərində “Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə “şestirna”, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr qablaşdırılılmış vəziyyətdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinə təhvil verilmişdir. 16 dekabr 2024-cü il tarixli EP seriyalı ******* saylı, 01200-00587/24 nömrəli “inzibati xəta haqqında” protokoldan görünür ki, 28 iyul 2024-cü il tarixdə Şəxs az miqdarda, ümumi dəyəri 1120 manat olan üzərində “Truckman” ******* yazısı olan “UAZ” markalı avtomobilin körpüsünün təzə vəziyyətdə 5 ədəd ehtiyat hissəsini, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV 7405.10000104” yazısı olan “KAMAZ” markalı yük avtomobilləri üçün təzə ehtiyat hissələrini (şatun vkladışı), sepli Traktor VT-yə aid olan 20 ədəd köhnə və işlənmiş ehtiyat hissə “şestrna”-nı Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Biləsuvar keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən gömrük nəzarətinə bəyan etməmişdir. Buna görə də Şəxs barəsində 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 16 dekabr 2024-cü il tarixli EP seriyalı ******* saylı, 01200/00576 nömrəli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunması iş üzrə onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində müəyyən edilmiş hədd çərçivəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, 28 iyul 2024-cü il tarixli “maddi sübutun təhvil verilməsi barədə” akta əsasən Şəxs hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində saxlanılan 20 ədəd ehtiyat hissə “yay", üzərində “Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə “şestirna”, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 1120 (min yüz iyirmi) manat malların dəyərinin 40 (qırx) faizi miqdarında – 448 (dörd yüz qırx səkkiz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində saxlanılan 20 ədəd ehtiyat hissə “yay", üzərində “Truckman” ******* yazısı olan 5 ədəd ehtiyat hissə, 3 ədəd ehtiyat hissə “şestirna”, hər qutuda 16 ədəd olmaqla 4 qutu üzərində “DEV” yazısı olan ehtiyat hissələr Şəxs qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-22/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-22/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver