Məhkəmə qərarları › İş №3(022)-228/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-228/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-228/2023 07.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikasının Mərkəzi Bankından Biləsuvar Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC 21870,00 ABŞ dolları məbləğində vəsaiti 17 noyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20450,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 18 noyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında işin baxılması Biləsuvar Rayon Məhkəməsinə aid deyil və inzibati xəta haqqında protokol adiyyəti üzrə baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) hüquqi ünvanı Biləsuvar rayonu, Biləsuvar, 10-cu qəsəbə, ev 336-dır. Habelə, hüquqi Cəbrayıl rayon Vergilər şöbəsində vergi uçotuna alınmışdır. İXM-in 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzbati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106-109, 110 və 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar