Məhkəmə qərarları › İş №3(022)-23/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-23/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-23/2025 08.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin X8 Bölməsinin Yol patrul xidməti baş inspektoru X1, Zərərçəkmiş şəxs Müzəffər oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 2000-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Biləsuvar rayon polisi şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyən, barəsində eyni inzibati xətanın törədilməsinə görə bir il müddətində barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 28 dekabr 2024-cü il tarixdə, saat 10 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində yerləşən mərkəzi yolda, sürücülük hüququ və nəqliyyat vasitəsinin sahibi həmin avtomobildə olmadığı halda etibarnaməsi olmadan idarə etdiyi «Mercedes Benz E240 Minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə anidən geri istiqamətində manevr etdiyi zaman həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs Müzəffər oğlunun idarə etdiyi “Vaz-2107” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs Müzəffər oğlunun idarə etdiyi «VAZ 2107” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2.788 manat məbləğində maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, Şəxs 28 dekabr 2024-cü il tarixdə, saat 10 radələrində «Mercedes Benz E240 Minik” markalı, **- EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində yerləşən mərkəzi yolda sürücülük hüququ və nəqliyyat vasitəsinin sahibi həmin avtomobildə olmadığı halda etibarnaməsi olmadan idarə etmişdir. Həmin şəxs hərəkətdə olduğu zaman anidən geri istiqamətdə manevr etmiş və nəticədə həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs Müzəffər oğlunun idarə etdiyi “VAZ 2107” markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ 2107” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.788 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs əməlində inzibati xəta tərkibinin olması müəyyən edildiyinə görə, həmin şəxs barəsində toplanmış material Biləsuvar rayon polis şöbəsinin X7 bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və buna görə də onun tərəfindən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar rayonu, Əsgərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Biləsuvar rayon polisi şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Onun həmin nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi yoxdur. 28 dekabr 2024-cü il tarixdə, saat 10 radələrində o, yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən mərkəzi yolda, atasına məxsus avtomaşını etibarnaməsiz idarə edrəkən, anidən geriyə doğru manevr etmişdir. Buna görə də onun arxası ilə hərəkətdə olan, iş yoldaşı Zərərçəkmiş şəxs Müzəffər oğlunun idarə etdiyi “VAZ 2107” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Həmin nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2.788 manat məbləğində maddi zərər dəymişdir. Hadisə onun təqsiri ucbatından baş vermişdir. O, hal-hazırda əməlindən peşmandır. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Müzəffər oğlu bildirdi ki, o, Biləsuvar rayon polisi şöbəsinin post patrul xidmtədinə manqa komandiri vəzifəsində xidmət edir və Biləsuvar rayonu, Amankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, özünəməxsus “VAZ 2107” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 28 dekabr 2024-cü il tarixdə, saat 10 radələrində o, Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən mərkəzi yolda hərəkətdə olduğu vaxt qəflətən onun önündə yolun kənarında dayanmış «Mercedes Benz E240 Minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arxa istiqamətdə manevr etmiş və nəticədən onun idarə etdiyi avtomaşının ön hissəsi ilə toqquşmuşdur. Hadisə vaxtı onun idarə etdiyi maşının ön hissəsi tamamilə əzilmiş və ona maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomaşında və «Mercedes Benz E240 Minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişin olmamışdır. “Mercedes Benz E240 Minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürcüsü Şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda onun Şəxs qarşı hər hansı şikayəti və ya iddiası yoxdur. Sonda, Ş.M.Sariyev Şəxs etdiyi əməlinə görə bağışladığını və həmin şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin idarə edilməsi nəticəssində zərərçəkmiş şəxsin sağlamllğına yüngül bədən xəsarətinin yerinə yetirilməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs «Mercedes Benz E240 Minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomaşını idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Müzəffər oğluna maddi ziyan vurmuşdur. İşdə olan 28 dekabr 2024-cü il tarixli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs Müzəffər oğlunun idarə etdiyi “VAZ 2107” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2.788 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə, yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə, 180 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs "Mercedes Benz E240 Minik” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində Zərərçəkmiş şəxs Müzəffər oğlunun idarə etdiyi “VAZ 2107” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə sonuncu avtomaşına maddi zərər vurmaqla, yuxarıda qeyd edilən inzibati xətanı törətmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur və iş üzrə inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmanlığını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tamamilə ödəməklə, onunla barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar