Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-232/2024 29.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi X10 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1983-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 uşağı olan, Biləsuvar rayon Xırmandalı kənd 1 saylı tam orta məktəbində müəllim işləyən, son bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 26 fevral 2024-cü il tarixdə Biləsuvar rayon Xırmandalı kənd 1 saylı tam orta məktəbində müəllimlər otağında uca səslə nalayiq ifadələr işlətmiş və həmin əməli ilə ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X6 göstərdi ki, o, Biləsuvar Rayon Polis X2 Bölməsində sahə rəisi vəzifəsində işləyir. 29 fevral 2024-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kənd sakini X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı tam orta məktəbində müəllim işləyən Şəxs Əmiralı oğlunun 26 fevral 2024-cü il tarixdə məktəbdə onun barəsində uca səslə nalayiq ifadələr işlətdiyini və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Buna görə Şəxs şəxsiyyəti və olduğu yer müəyyən olunaraq, Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmişdir. Qeyd olunan xüsusatda inzibati xətanın tərkibinin olubolmamasının araşdırılması ona həvalə edilmiş və aparılmış inzibati xəta haqqında iş üzrə araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayonu Xırmandalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən 1 saylı tam orta məktəbdə müəllim işləyir. 26 fevral 2024-cü il tarixdə, saat 10:05 radələrində 2-ci dərs saatında çıxıb müəllimlər otağında digər müəllimlərlə toplanan zaman, həmin məktəbdə katibə işləyən X7 onların yanına gələrək dərsin başlamasına 2 dəqiqə qalmasını bildirirərək onların sinif otaqlarına getmələrini bildirmişdir. O, isə sonuncuya dərs otağına getməyəcəyini bildirmiş və N.Z.Məmmədova da müəllimlər otağından çıxıb getmişdir. Sonradan o, N.Z.Məmmədovanın işlətdiyi sözə görə əsəbləşmiş və katibənin ona göstəriş verə bilməz ifadəsini işlətmişdir. Həmin vaxt N.Z.Məmmədovanın qohumu Şəfəq müəllim onu təhqir etməyə başlamışdır. O, isə həmin təhqirlərə dözə bilməyib Şəfəq müəllimyə cavab vermişdir. Baş vermiş hadisədən təxminən 2 saat sonra Şəfəq müəllimin həyat yoldaşı ona zəng vuraraq Şəfəq müəllimdən və Nuranədən üzr istəməsini tələb etmiş və onu hədələmişdir. Sonda Şəxs nalayiq ifadələr istifadə etdiyinə görə peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, Biləsuvar rayon Xırmandalı kəndi 1 saylı tam orta məktəbdə direktorun katibəsi vəzifəsində işləyir. 26 fevral 2024-cü il tarixdə, o, məktəb direktorunun tapşırığı əsasında, tənəffüs vaxtı şagirdlər səs-küy saldıqlarına görə, müəllimllər otağına daxil olaraq, müəllimlərə dərsə tez getmələrini bildirmişdir. Həmin vaxt V.Ə.Əmirrov dərsin başlamasına 2 dəqiqə qaldığını əsas tutaraq, ona etiraz etmiş, o, müəllimlər otağından çıxdıqdan sonra isə onun ünvanına uca səslə digər müəllimlərin yanında nalayiq ifadələr işlətmişdir. Buna görə də digər müəllimlər Şəxs irad bildirsələr də, həmin şəxs digər müəllimlərin sözlərinə heç bir məhəl qoymayaraq, əksinə daha da çox qışqıraraq təhqirlərini davam etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, himayəsində 2 uşağının olmaasını, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-232/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-232/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver