Məhkəmə qərarları › İş №3(022)-235/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-235/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-235/2024 01.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar şəhəri H.Əliyev küçəsi ev 75A-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(022)-45/2021 saylı icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay 200 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Buna görə də, Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən 01 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 10 mart 2021-ci ol tarixli 2(022)-45/2021 saylı icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay 200 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 02 aprel 2021-ci il tarixdə icraata başlanılmış və 02 aprel 2021-ci il tarixdə bu barədə qərar və bildiriş borcluya təqdim edilmişdir. Hazırkı vaxta kimi borclu tələbkara hissə-hissə ödənişlər edir, bundan əlavə hər ay aliment pulunu da tələbkara ödəsə də, onun cəmi 1000 manat aliment borcu yaranmışdır. Borclu Şəxs hal-hazırda işləyir və izahatlarından da göründüyü kimi, onun hazırda aliment borcunu tam şəkildə qaytarmağa maddi imkanı yoxdur. Buna görə də, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, rəsmi olaraq iş yeri olmadığına görə tələbkara ödənilməli olan aliment pulunu ödəyə bilmədiyindən onun aliment borcu yaranmışıdır. Hazırda işlədiyi üçün aliment borcundan 1000 manat ödəmişdir. Bundan əlavə, aylıq aliment pulunu da gecikdirmədən tələbkara ödəyir. Biləsuvar Rayon Məhkəməsinin adıçəkilən qətnaməsinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyətini dərk edir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 528.1-1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 10 mart 2021-ci ol tarixli 2(022)-45/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 02 aprel 2021-ci il tarixli qərarla icraata başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə iclasında tədqiq edilib öyrənilmiş hallarından, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun və borclu Şəxs izahatından görünür ki, Əskərov X2 Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(022)-45/2021 saylı icra sənədini tam icra etməmiş, lakin onun hərəkətləri qəsdlə əhatə olunmamış və qərəzli xarakter daşımır. Belə ki, icra işinin materiallarından görünür ki, Şəxs həmin icra sənədi üzrə aylıq ödənişləri maddi imkanı çatan miqdarda etmiş, qalan hissəsinin isə imkan olan kimi ödəniləcəyini bildirmişdir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. İş materialları və borclu Şəxs izahatı Biləsuvar Rayon Məhkəməsinin 10 mart 2021ci il tarixli 2(022)-45/2021 saylı icra sənədinin onun tərəfindən üzrlü səbəbdən tam icra edilmədiyini nümayiş etdirir. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(022)- 45/2021 saylı icra sənədinin icrasının təmini məqsədi ilə Şəxs icra məmuru tərəfindən lazımi şərait yaradılmamış, bütün imkanlar tükənmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İXM-in 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilən yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar