Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-236/2024 01.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətmiş, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X9 göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Zəhmətabad kəndində X1 yaşadığı evin qarşısanda ucadan nəlayiq ifadələr işlətməklə, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bundan sonra polis əməkdaşları Şəxs Biləsuvar RPŞ-nə gətirmişlər.Beləliklə, Şəxs barəsində İXM-in 510-u maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun barəsində şikayət edən X3 3 ilə yaxındır ki, tanıyır. Sonuncunun barəsində etdiyi şikayətlə tanış olmuşdur. 3 ilə yaxındır ki, arvadı Pəri Şahverdiyevlə ailə münasibətləri pozulmuşdur. Belə ki, onlar rəsmi qaydada boşanmasalar da ayrı yaşayırlar. O, 2-ci qrup əlil olduğu üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Bu səbəbdən müvafiq qrafik üzrə dərman götürmək üçün mütəmadi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gedir. Elnurə Abdullayeva ilə xəstəxanada tanış olmuşdur. O, Elnurənin subay olduğunu öyrəndikdən sonra sonuncu ilə evlənmək qərarına gəlmişdir. Bir neçə dəfə Elnurəyə yaxınlaşaraq fikirlərini bildirsə də heç bir qarşılıq ala bilməmişdir. 21 fevral 2024-cü il tarixdə Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Nuran Palace” şadlıq sarayında toy məclisində iştirak edirmiş. O, toy məclisində spirtli içki (araq) qəbul etmişdir. Toydan çıxan zaman saat təxminən 20:30 radələrində Elnurəni görmək qərarına gəlmişdir. O, şadlıq sarayından uzaqlaşaraq Elnurənin yaşadığı Biləsuvar rayonu Zəhmətabad kəndinə getmişdir. O, açıq olan darvazadan həyətə daxil olmuş, daha sonra Elnurə Abdullayevanı səsləməyə başlamışdır. Lakin nə qədər səsləsə də Elnurə həyətə düşməmiş, evin içərisində pəncərədə dayanmışdır. Təxminən 10 dəqiqəyə yaxın o, həyətdə Elnurəni gözləsə də sonuncu həyətə düşməmişdir. Bundan sonra polis əməkdaşları həmin ünvana gəlmiş və onu polis şöbəsinə aparmışlar. Elnurə Abdullayeva onu özü evinə dəvət etmişdir. O Elnurə Abdullayevnı bıçaqla hədələməmiş və həmin vaxt üzərində bıçaq və ya başqa heç bir əşya və predmet olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs 2-ci qrup əlil olmaqla 200 manat pensiya alır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-236/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-236/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver