Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-237/2023 07.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Canalı oğlunun iştirakları ilə, xx.xx.1974-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Canalı oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-906/2020 saylı qətnaməsi ilə Şəxs Canalı oğlundan 12250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 12280 manat pul vəsaitinin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Borclu icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs Canalı oğlunun barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 07 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 məhkəmədə izahatında göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-906/2020 saylı qətnaməsi ilə Şəxs Canalı oğlundan 12250 manat və ödənilmiş dvlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 12280 manat pul vəsaiti alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Borclu Şəxs Canalı oğlu borcundan cəmi 1175 manat məbləğdə ödəniş etmişdir. Borclu hər ay 150 manat ödəniş etməyi bildirir. Zərərçəkmiş şəxs isə borcun tam şəkildə ödənilməsini tələb edir. O, borclu Şəxs Canalı oğluna qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Canalı oğlu özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, hal-hazırda rəsmi olaraq işsizdir və aliment borcunu qaytarmağa maddi imkanı yoxdur. Onun borcunu birdəfəlik ödəmək imkanı yoxdur.O, gələcəkdə imkan olduğu təqdirdə borcundan hər ay 150 manat ödəyəcəyini və özünün barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Canalı oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)- 906/2020 saylı qətnaməsi ilə Şəxs Canalı oğlundan 12250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 12280 manat pul vəsaiti alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs Canalı oğlunun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs Canalı oğlunun məsuliyyətini yüngülləşdirən hal yoxdur. İş üzrə Şəxs Canalı oğlunun məsuliyyətini ağırlaşdıran hal yoxdur. İnzibati xətanın xarakterini, ötən müddətdə Şəxs Canalı oğlunun icra sənədinin icrasının təmini istiqamətində hər hansı tədbir görməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. İnzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Canalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 07 fevral 2023-cü il tarixdən saat 1700-dan hesablansın. Şəxs Canalı oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(022)-237/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-237/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver