Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-238/2023 07.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi Kazımzadə Rüstəm Balaqardaş oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Vətən Müharibəsi iştirakçısı, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 07 fevral 2023-cü il tarixdə, saat 01:30 radələrində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək, həmin şöbənin normal fəaliyyətini pozmuşdur. Bundan başqa, Şəxs 07 fevral 2023-cü il tarixdə, saat 01:30 radələrində, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 07 fevral 2023cü il tarixli müvafiq qərarla İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş R.B.Kazımzadə izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 07 fevral 2023-cü il tarixdə saat 01:30 radələrində Biləsuvar rayon Polis Şöbəsinin 1 nömrəli postunda xidmət olan polis nəfəri Mahir Abızadə sərxoş vəziyyətdə olan bir nəfər şəxsin Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə söyüşlər söydüyünü və nalayiq ifadələr işlətdiyini görmüşdür. Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşı Mahir Abızadə həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs polis əməkdaşının qanuni tələblərinə heç bir məhəl qoymaraq etdiyi qanun pozuntusuna davam etmiş və polis əməkdaşlarının ünvanına nalayiq sözlər söyləyərək onları təhqir etmişdir. Polis əməkdaşları həmin şəxsi Biləsuvar rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verdikdən sonra, həmin şəxsin Şəxs oğlu olması müəyyən edilmişdir. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, 07 fevral 2023-cü il tarixdə saat 01:30 radələrində sərxoş vəziyyətdə Biləsuvar rayon Polis Şöbəsinin qarşısından keçən zaman orada xidmət olan polis əməkdaşlarını görmüş və onların ünvanına uca səslə nalayiq ifadələr işlətmişdir. Sonradan polis əməkdaşları onu Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar və o, şöbənin növbətçi hissəsinin qarşında əsəbi olduğu üçün səs küy yaratmışdır. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs Vətən Müharibəsi iştirakçısı olmasını, Füzulinin və Cəbrayılın azad olunmasına görə medallarla təltif olunmasını və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 07 fevral 2023cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 31.4-1 və 34.3-cü maddələri tətbiq olunmaqla, Şəxs barəsində həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-238/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-238/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver