Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-238/2024 01.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Biləsuvar rayonu Zəhmətabad kəndi (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 28 fevral 2024-cü il tarixdə saat 11:27-də Biləsuvar rayonu Zəhmətabad kəndində fəaliyyət göstərən “Həsən elektroniks topdan qiymətə pərakəndə satış” adlı obyektinin reklamlarını açıq məkanda icazəsiz yayımlamışdır. Bununla əlaqədar Şəxs barəsində X8 idarəsinin estetik nəzarət şöbəsinin müdiri X10 tərəfindən 28 fevral 2024-cü il tarixdə İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, Abbasov X1 rayonu Zəhmətabad kəndində fəaliyyət göstərən “Həsən elektroniks topdan qiymətə pərakəndə satış” adlı obyektinin reklamlarını açıq məkanda icazəsiz yayımlamışdır. Açıq məkanda icazəsiz reklam yayımlamağın inzibati məsuliyyətə cəlb olunması və hüquqi nəticələri reklam yayıcısı - Şəxs dəfələrlə izah edilmişdir. Lakin Şəxs ötən müddət ərzindəhazırkı vaxta kimi nə həmin qanun pozuntusunu aradan qaldırmış, nə də bunun həyata keçirilməsini qanuni edən müqavilə bağlamışdır. Hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Belə ki, Şəxs həmişə reklamın qanunsuz yerləşdirilməsi ilə əlaqədar onun aradan qaldırılması barədə tələblər olarkən yalnız özü bu barədə danışıqlar aparmışdır. Sonda Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 ğarəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati məsuliyyəti başa düşdüyünü və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 428.7.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli № 1281-İVQ Qanununun 26.1-ci və 26.2-ci maddələrinin tələbinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. İXM-in 428.7.3-cü maddəsinə görə müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmiş və buna görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs hərəkətlərində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin 28 fevral 2024-cü il tarixli 01 nömrəli Baxış aktına və həmin tarixdə çəkilmiş fotoşəkilə, 28 fevral 2024-cü il tarixdə Şəxs barəsində tərtib edilmiş MN №1255706 saylı İnzibati xəta haqqında protokola, 000049 saylı Yazılı Göstərişə, X8 İdarəsinin nümayəndəsinin izahatına və digər sübutlara əsasən Biləsuvar rayonu Zəhmətabad kəndində ona məxsus Marketdə açıq məkanda yayımlanan reklamların sənədləşdirilməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, Şəxs reklam yayımı üçün müvafiq icazə sənədinin alınmasından ötrü idarəyə müraciət etməmiş, “Reklam haqqında” Azərbaycan Respublikaslı Qanunun 26.2-ci maddəsinin, habelə İXM-in 428.7-ci maddəsinin tələblərini pozaraq qanunsuz reklam yayımını həyata keçirmişdir. Buna görə də, Biləsuvar rayonu Zəhmətabad kəndində ona məxsus Marketdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisi kimi (VÖEN **********) qeydə alınmış Şəxs vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. İşin hallarını, inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini, həmçinin təqsirlilik dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 17, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 300 ( üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(022)-238/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-238/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver