Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-240/2024 18.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədr vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X1 iclas katibliyi ilə, Şəxs, xx xxx 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Aşağı Aralıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Aşağı Aralıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: 04 fevral 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirnə Mərkəzi 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarətindən keçən zaman onun əl yükələrinə daxil olan fərqli qara rəngli selofan torbaların işərisində yerləşən müxtəlif ərzaq məhsullarının yanında gömrük nəzarətindən gizlədilmiş 20 qutu “X5” əmtəə nişanı olan, şəxsin əl çantasının içərisində gömürük nəzarətindən gizlədilmiş 10 qutu üzərində “Kent Nanotek 2.0” əmtəə nişanı olan və qara rəngli gödəkcəsinin arxa hissəsində xüsusi düzəldilmiş ciblərin işərisində gömrük nəzarətindən gizlədilmiş 40 qutu üzərində “MARLBORO GOLD EDGE” əmtəə nişanı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən 28 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında 01200-00082/24 saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla, Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsuldan istifadə etməklə, yaxud bir qəbildən olan malların digər şəkilə salınmaqla keçirilməsi, bu az miqdarda olduqda inzibati xəta kimi müəyyən edilmişdir. İşdə olan maddi sübutun təhvil verilməsinə dair 05 fevral 2024-cü il tarixli aktdan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 20 qutu üzərində “X5”, 10 qutu üzərində “KENT NANOTEK 2.0” və 40 qutu üzərində “MARLBORO GOLD EDGE” əmtəə nişanı olan siqaretlər 1 ədəd karton qutuda qablaşdırılmış Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-7/06-9/1065 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 04 fevral 2024-ci il tarixə 1 qutu, aksiz markası olmayan “MARLBORO GOLD EDGE” əmtə nişanl, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan siqaretlərin 1 qutunun orta bazar qiyməti təxminən 7,00 manat, 40 qutunun qiyməti isə 280,00 manat, 1 qutu, aksiz markası olmayan “X5” əmtəə nişanlı, ştrix koduna görə (ilk üç rəqəmi 815) İtaliya istehsalı olan siqaretlərin 1 qutunun orta bazar qiyməti təxminən 2,50 manat, 20 qutunun qiyməti isə 50,00 manat və 1 qutu, aksiz markası olmayan “SİLVER NANOTEK 2.0 KENT” əmtə nişanlı, ştrix koduna görə (ilk üç rəqəmi 594) Rumuniya istehsalı olan siqaretlərin 1 qutunun orta bazar qiyməti təxminən 4,00 manat, 10 qutunun qiyməti isə 40,00 manat, ümumilikdə orta bazar qiyməti təxminən 370,00 manat müəyyən edilmişdir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngünləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdir İşin hallarını və Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati xətanın bilavsitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və Şəxs inzibati xətanın bilavasitə obyekti olan mallar, 1 qutu, aksiz markası olmayan “MARLBORO GOLD EDGE” əmtəə nişanlı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan siqaretlərin 1 qutunun orta bazar qiyməti təxminən 7,00 (yeddi) manat, 40 qutunun qiyməti isə 280,00 (iki yüz səksən) manat, 1 qutu, aksiz markası olmayan “X5” əmtəə nişanlı, ştrix koduna görə (ilk üç rəqəmi 815) İtaliya istehsalı olan siqaretlərin 1 qutunun orta bazar qiyməti təxminən 2 (iki) manat 50 (əlli) qəpik, 20 (iyirmi) qutunun qiyməti isə 50,00 (əlli) manat və 1 qutu, aksiz markası olmayan “SİLVER NANOTEK 2.0 KENT” əmtəə nişanlı, ştrix koduna görə (ilk üç rəqəmi 594) Rumuniya istehsalı olan siqaretlərin 1 qutunun orta bazar qiyməti təxminən 4,00 (dörd) manat, 10 qutunun qiyməti isə 40,00 (qırx) manat olmaqla, cəmi 370,00 (üç yüz yetmiş) manat dəyərində siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədr vəzifəsini icra edən Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-240/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-240/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver