Məhkəmə qərarları › İş №3(022)-242/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-242/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-242/2025 11.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X6 məhkəmə-iclas katibliyi, barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan şəxs – Şəxs etibarnamə üzrə nümayəndəsi X3, Azərbayacn Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin Ümumi işlər şöbəsinin baş hüquqşünası X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş, MN seriyalı ******* nömrəli, 20 fevral 2025-ci il tarixli protokol əsasında inzibati xəta haqqında işəməhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, təşkilat 20 fevral 2025-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı və Bəydili kəndlərinin ərazisində yerləşdirilən reklam qurğularında qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə verilən yazılı göstərişləri yerinə yetirməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən tərtib edilən MN seriyalı ******* nömrəli, 20 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Biləsuvar Rayon Məhkəməyə göndərilmiş, 25 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı: Barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X7 izahatında bildirmişdir ki, o Azərbaycan Respublikası Dövlət X5 Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi olaraq fəaliyyət göstərir. Təkcə, Biləsuvar rayonu ərazisi olaraq deyil, 7 regional rayon üzrə işləyir. Bu səbəbdən işlərinin ağırlığı və çətinliyinə görə ona verilən vaxtda göstərişi yerinə yetirə bilməmişdir. Həmçinin, artıq protokolda göstərilən göstərilşlər yerinə yetirilmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X4 protokolda qeyd olunmuş xüsusatlara uyğun çıxış edərək protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş: “Açıq məkanda müvafiq reklam qurğusunun quraşdırılması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” 16 yanvar 2024-cü il tarixli 11-3-6/2-098/2025 nömrəli yazılı göstərişdən görünür ki, Biləsuvar rayonu Ələt-Astara-İran yolu (Xırmandalı kəndi) ünvanında açıq məkanda X8 İdarəsini məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və söküləsi Qaydası”nın 2.1-ci bəndinin tələblərinin pozulması hallarını 5 gün ərzində aradan qaldırılması və nəticəsi barədə X8 İdarəsinə məlumat verilməsi tələb olunmuş, bu tələbin yerinə yetirilməməsi halında akt tərtib olunduqdan sonra, reklam qurğusunun sökülməsi barədə qərar qəbul edilməklə yanaşı, protocol tərtib edilərk baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsi barədə Şəxsnə xəbərdarlıq edilmişdir. “Açıq məkanda müvafiq reklam qurğusunun quraşdırılması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” 17 yanvar 2025-ci il tarixli 11- 3-6/2-099/2025 nömrəli yazılı göstərişdən görünür ki, Biləsuvar rayonu Ələt-Astara-İran yolu (Bəydili kəndi) ünvanında açıq məkanda X8 İdarəsini məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və söküləsi Qaydası”nın 2.1-ci bəndinin tələblərinin pozulması hallarını 5 gün ərzində aradan qaldırılması və nəticəsi barədə X8 İdarəsinə məlumat verilməsi tələb olunmuş, bu tələbin yerinə yetirilməməsi halında akt tərtib olunduqdan sonra, reklam qurğusunun sökülməsi barədə qərar qəbul edilməklə yanaşı, protocol tərtib edilərk baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsi barədə Şəxsnə xəbərdarlıq edilmişdir. “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla quraşdırılmış reklam qurğusunun təsvir olunması barədə” 16 yanvar 2025-ci il tarixli, 07 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələbi olmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 2.1-ci bəndinin aşağıdakı tələbləri pozulmaqla Ələt-Astara-İran yolu (Xırmandalı kəndi) ünvanında reklam qurğusu yerləşdirilmişdir. Birtərəfli qaydada yerləşdirilmiş reklam qurğusunun 6x3-18 kvadrat metr olan arxa tərəfi dekorativ tərtibatlı deyildir. Dekorativ tərtibatlı olmadığından reklam qurğusu yerləşdiyi ərazinin estetik görkəmini pozur. “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla quraşdırılmış reklam qurğusunun təsvir olunması barədə” 17 yanvar 2025-ci il tarixli, 01 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələbi olmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın 2.1-ci bəndinin aşağıdakı tələbləri pozulmaqla Ələt-Astara-İran yolu (Bəydili kəndi) ünvanında reklam qurğusu yerləşdirilmişdir. Birtərəfli qaydada yerləşdirilmiş reklam qurğusunun 6x3- 18 kvadrat metr olan arxa tərəfi dekorativ tərtibatlı deyildir. Dekorativ tərtibatlı olmadığından reklam qurğusu yerləşdiyi ərazinin estetik görkəmini pozur. 12 fevral 2025-ci il tarixli, 11-3-6/2-205/2025 nömrəli bildirişdən görünür ki, Şəxsnə “Açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verilən 11-3-6/2-098/2025 və 11-3-6/2-099/2025 saylı Yazılı Göstəriş”ə əsasən qanun pozuntularının 5 gün ərzində aradan qaldırılmasının tərəflərindən təmin olunmaması səbəbindən inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. “İnzibati xəta haqqında” 20 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, təşkilat 20 fevral 2025-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı və Bəydili kəndlərinin ərazisində yerləşdirilən reklam qurğularında qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə verilən yazılı göstərişləri yerinə yetirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; 26.2-ci maddəyə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur; Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.2-ci bəndinə görə müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir; 3.3-cü bəndə görə reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır; 3.7-ci bəndə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar