Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-243/2023 09.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs 11 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Şəxs barəsində qəbul edilmiş 11 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon polis şöbəsi tərəfindən İXM-in 529.3-cü maddəsi ilə 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən Cəlilabad rayon polis şöbəsinə qaytarılmalıdır. Belə ki, İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, Cəlilabad rayon polis şöbəsi tərəfindən 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə müraciət edilməzdən öncə Şəxs İXM-in 125.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məlumatlandırılması iş materiallarından müəyyən edilmir. İXM-in 127-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Habelə, İXM-in 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyət yaradır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Cəlilabad rayon polis şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X2
Məhkəmə qərarları › İş №3(022)-243/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-243/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver