Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-251/2024 12.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X12 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, zərərçəkmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Güloğan oğlunun iştirakı ilə, Şəxs Güloğan oğlunun, xx xxxxxxx 1991-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ dərəcəli əlil, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxşıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan və Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 85 nömrəli evdə yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında 12 mart 2024-cü il tarixli, MN ******* və 18849331 saylı inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Güloğan oğlu 28 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Biləsuvar rayonun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmiş və həmin bölmənin piyada idxal xətti ilə piyada ixrac xətti arasında quraşdırılmış ayırıcı şüşəni başı ilə vurub sındıraraq, özgənin əmlakını qəsdən məhv etmişdir. Şəxs Güloğan oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 12 mart 2024-cü il tarixli müvafiq qərarlarla İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda həmin şəxsə istinad edilən Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X4 bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Şəxs 28 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində İran İslam Respublikası ərazisindən gəldiyi vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Biləsuvar rayonun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində olan gömrük nəzarətinin həyata keçirildiyi salona daxil olmuşdur. Həmin şəxs əlində olan çantalaraı skaner aparatına qoymuş və həmin predmetlər yoxlandığı zaman eyni cinsli məhsullardan qanunla icazə verilən miqdardan artıq olduğu məlum olmuşdur. Buna görə də gömrük əməkdaşları tərəfindən Şəxs məxsus əl çantalarında olan əşyaların bir pismi anbara saxlanca təhvil verilmişdir. Lakin gömrük əməkdaşlarının qanuni hərəkətlərinə Şəxs etiraz edərək, nalayiq ifadələr işlətmiş və həmin bölmədə piyada idxal xətti ilə piyada ixrac xətti arasında quraşdırılmış ayırıcı şüşəni başı ilə vurub sındırmışdır. Qeyd edilən xüsusat üzrə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və iş materiallar Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. O, qeyd edilən materialları tədqiq etdikdən sonra Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkiblərinin olmasını müəyyən edərək, sonuncu barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Güloğan oğlu inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, Naxçıvar-Bakı avtobusu ilə İran İslam Respublikasına gedib ərzaq məhsulları və məişət avadanlıqları alıb gətirərək, Biləsuvar rayonu ərazisində satır. O, 11 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Rəsmiləşdirmə mərkəzinin əməkdaşından Baş Gömrük İdarəsinə şikayət etmiş və 15 yanvar 2024-cü il tarixdə kimsə onun bacısının evinə gələrək, sonuncunu Zərərçəkmiş şəxsnə aparmaq adı ilə öz şəxsi evinə aparmışdır. Bundan sonra o, şikayətlər etmiş və bacısını tapmışdır. 28 yanvar 2024-cü il tarixdə, səhər saat 07 radələrində isə o, Zərərçəkmiş şəxs Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsinin gömrük nəzarətinin həyata keçirildiyi salona piyada daxıl olduğu vaxt adını bilmədiyi gömrük əməkdaşı ona yaxınlaşaraq, üzərində olan əşyaları əlində olan çantalardan birinə qoymasını tələb etmişdir. O, həmin şəxsə üzərində olan mobil telefonu gömrük nəzarəti həyata keçirilən yerdən kənarda qoyacağını, telefonu onlara təqdim etməyəcəyini bildirmişdir. O, həmin əməkdaşa mobil telefonu və üzərində olan əşyalarını əlindəki çantalara qoymaq tələbinin yalnız ona şamil edilib-edilmədiyi barədə sual vermiş, sonuncu isə ona “bəli, həmin tələb yalnız sənə məxsusdur.” məzmununda cavab vermişdir. Bir neçə dəqiqədən sonra o, yoxlanış aparatlarının olduğu yerə keçmişdir. O, yükləri qeydə alan şəxsə müraciət edərək, gətirdiyi yükləri adları və siyahıları ilə təqdim etmişdir. Həmin əşyalar siyahıya alındıqdan sonra o, çantaları skaner yoxlama aparatına qoymuşdur. Gömrük İdarəsinin əməkdaşı skaner yoxlama aparatından birinci keçən içərisində çexol olan çantanı kənara qoyaraq, saxlanc yerinə təhvil veriləcəyini ona bildirmişdir. O, həmin şəxsdən bunun səbəbini soruşduğu vaxt sonuncu onlar barəsində şikayət etdiyini əsas gətirmişdir. O, həmin əməkdaşa sifarişlə iş apardığını, hələ ilk yükünü yoxlayaraq, onun əşyasını artıq yük adı ilə kənara qoyduqlarını demişdir. O, salonda olan kamerada danışıqları qeydə alınsın deyə səs tonunu qaldırmışdır. Onun məhsullarından 13 kiloqram bal, 7 kiloqram püstə və 5 ədəd çexol saxlanılmışdır. Bundan sonra o, özündən çıxmış və ertəsi gün Dövlət Gömrük Komitəsinə dəvət edildiyini, orada məsələlərin həllinin tapacağını demişdir. O, əlil olduğuna görə həmin vaxt biixtiyar şəkildə var-gəl etməyə başlamışdır. Lakin o, bacısı da yanında olduğu üçün heç bir nalayiq ifadə işlətməmişdir. Bundan sonra dövlət sərhəd xidmətinin əməkdaşları onları çölə çıxarmışlar. O, telefonunun qeydiyyat sənədini götürmək məqsədi ilə Zərərçəkmiş şəxs Rəsmiləşdirmə mərkəzi 1-ci bölməsinə gəldiyi vaxt onun barəsində ictimai asayişi pozduğuna görə protokol tərtib edildiyini öyrənmişdir. O, həmin əməkdaşlara sırada olan sonsuncu şəxsin o olduğunu və hansı ictimai qaydadan söhbət getdiyini soruşmuşdur. Daha sonra onun ətrafına çoxlu şəxs toplaşdığına görə o, ona kimsə toxunmasın deyə piyada idxal xətti ilə piyada ixrac xətti arasında olan ayırıcı şüşəni başı ilə sındıraraq, üzünü qana bulaşdırmışdır. Lakin o, sonradan sındırdığı predmetin dəyərini ödəmişdir. Həmin hadisə 10-12 dəqiqə çəkmiş və o, daha sonra 3-4 dəfə də İran İslam Respublikasına gedib ərzaq məhsulları və məişət avadanlıqları alıb gətirərək Zərərçəkmiş şəxs Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində yoxlanışdan keçmişdir. Sonda, Şəxs törətdiyi əməldən peşman olduğunu, zərər vurduğu əmlakın dəyərini tam həcmdə ödədiyini və himayəsində uşağı olduğunu bildirərək, barəsində yüngül növdə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş X6 məhkəmə iclasında göstərdi ki, o, Вiləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzində təhqiqatçı vəzifəsində xidmət edir. O, Şəxs Biləsuvar rayon sakini kimi tanımışdır. Həmin şəxs mütəmadi olaraq “Bakı-Naxçıvan” marşrutu ilə İran İslam Respublikasına gedibgəlmişdir. Sonuncu dəfə 28 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində S.G.X8 İdarəsinin rəsmiləşdirmə mərkəzinin 1-ci bölmənin piyada idxal xəttindən Azərbayca Respublikası ərazisinə piyada keçdiyi vaxt əlində içərisində ərzaq və qeyri-ərzaq məhsulları olan çantalar olmuşdur. Həmin şəxs çantaları X-ray aparatına yoxlanış üçün qoymuş və yoxlanış vaxtı həmin şəxsin çantalarında eyni cinsli əşyalardan və ya məhsullardan icazə verilən saydan artıq miqdarda olduğu aşkar edilmişdir. Buna görə də həmin əşyaların limitdən artıq miqdarda hissəsi götürüələrk saxlanca verilmişdir. Lakin Şəxs əşyalarının saxlanc yerinə təhvil verilməsinə etiraz etmiş və onlarla mübahisə etməyə başlamışdır. Həmin şəxs nalayif ifadələr işlədərək, aqressiv şəkildə hərəkətlər etməyə başlamışdır. O və digər həmkarları Şəxs onların işlərinə və ətrafda olan şəxslərə mane olduğu barədə iradlarını bildirsələr də, həmin şəxs onlara əhəmiyyət verməyərək, öz hərəkətlərinə davam etmişdir. Daha sonra isə Şəxs piyada idxal xətti ilə ixrac xətti arasında olan ayırıcı şüşəyə qəsdən başı ilə zərbə vurub, şüşəni sındırmışdır. Həmin hadisə 50-55 dəqiqə davam etmişdir. Sonradan S.G.X11 Komitəsinə dəymiş ziyanı ödəmişdir. İşdə olan 29 fevral 2024-cü il tarixli Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs hərəkətləri barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrinin tərkib əlamələri müəyyən olunduğundan onun barəsində qəbul edilmiş qərarın surəti Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqıdna protokolları tərtib etmiş vəzifəli şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsin nümayəndəsini dinləyərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 fevral 2024cü il tarixli qərarı qəbuıl etmiş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 Şəxs tərəfindən 28 yavar 2024-cü il tarixdə ictimai yer olan gömrük postunda, ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verildiyini və bu zaman dövlət əmlakı olan şüşənin qəsdən sındırılması yolu ilə özgənin əmlakının məhv edildiyini müəyyən etsə də, Şəxs əməlini Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1 və 510-cu maddələri ilə tövsif edərək, cinayət işinin başlanmasını rədd etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin maddənin məzmunundan görünür ki, şəxsin əməlinin xırda xuliqanlıq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməsi üçün şəxsin ictimai qaydanı pozan hərəkətlərinin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşaiyət edilməməsi qanunverici tərəfindən şərt kimi müəyyən edilmişdir. Lakin inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərinin özgənin əmlakının qəsdən məhv etməsi ilə müşaiyət olunduğuna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə) də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, hazırki inzibati xəta haqqında işin materiallarını tədqiq edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirsizlik prezumpsiyası hüququna xələl gətirmədən məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs icitimai qaydanı pozan hərəkətlərə yol verərək, Вiləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsinin inzibati binasında quraşdırılmış şüşə barieri başı ilə sındırmışdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tələbinə görə xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən cəmiyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydaının kobud surətdə pozulması təqsirkarın elə hərkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahtçılıq hissinə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan, təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən tötədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla, əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüququ tövsifü xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Yuxarıda sadalanan Azərbaycan Respublikası CM-nin maddələrindən də göründüyü kimi xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Xuliqanlıq cinayətinin əsas obyekti qismində ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin və mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmin cinayət əməli obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə müşayiət edilsə də, həmin hərəkətlərin hər biri 3 mühüm əlamətə malik olmalıdır: 1) həmin hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı; 2) belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və 3) şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. İnzibati xəta haqqında iş materillarından isə görünür ki, Şəxs 28 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Biləsuvar rayonun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində ettdiyi hərəkətlərlə həm ictimai qaydanı kobud surətdə pozmuş, həm belə bir pozuntu ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, həm də həmin bölmədə quraşdırılmış şüşə barieri sındırmaqla, dövlət əmlakının məhv etmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsini tətbiq edərkən hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirləndirilən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Bununla əlaqədar hesab edirəm ki, işin araşdırılması zamanı hüquq-mühafizə orqanın vəzifəli şəxsləri Şəxs əməllərini düzgün şəkildə tövsif etməyərək, həmin şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcud olduğu halda, Şəxs barədə Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə protokol tərtib etmişlər. Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.2-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, həmin Məcəllənin 85-ci maddəsinin tələbinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Güloğan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Güloğan oğlunun əməlində cinayətin əlamətləri aşkar edildiyinə görə Şəxs Güloğan oğlu barəsində toplanmış materiallar Biləsuvar rayon Prokurorluğuna göndərilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-251/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-251/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver