Məhkəmə qərarları › İş №3(022)-253/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-253/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-253/2024 18.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar şəhəri B.Abbasov küçəsində yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Biləsuvar şəhəri Nizami küçəsində baş verən mübahisə zamanı X1 əmlakını qəsdən məhv etməklə, ona maddi ziyan vurmuşdur. Bununla da Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda əməlindən peşiman olduğunu bildirərək barəsində yüngül inzibati cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş X2 məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 30 noyabr 2023cü il tarixdə saat 21 radələrində Biləsuvar şəhəri Nizami küçəsində şəxsi münasibətlər zəmnində X2 məxsus 150 manat dəyərində “Samsung Galaxy A14” markalı mobil telefonun Şəxs təəfindən asfalta vurularaq sındırılması göstərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında 11 mart 2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Biləsuvar şəhəri Nizami küçəsində baş verən mübahisə zamanı X1 əmlakını qəsdən məhv etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, X2 dəymiş maddi ziyanın dəyəri 150 manat təşkil edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İşin hallarını və Şəxsnın təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair“ 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli 150 (yüz əlli) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar