Məhkəmə qərarları › İş №3(022)-254/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-254/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-254/2024 13.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1989-cu il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(008)- 3822/2023 saylı icra sənədinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(008)-2645/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Şəxs 14 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 13 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(008)-2645/2019 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Buna görə də o, borclu barədə 11 fevral 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəmyə göndərmişdir. Biləsuvar rayon Məhkəməsinin hakiminin 11 fevral 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərərk, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin vaxtdan sonra borclu borcunun müəyyən qismini ödəmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(008)-3822/2023 saylı qətnaməsi ilə isə borcludan tələbkarın xeyrinə tutulmalı olan aliment miqdarı artırılaraq, 220 manat müəyyən edilmişdir. Həmin icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bu barədə bildiriş göndərilmişdir, lakin sonuncu qalıq alimeünt borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Belə ki, borclu 13 mart 2024-cü il tarixli izahatında maddi imkanı aşağı olduğuna görə aliment borcunu ödəyə bilmədiyini bildirmiş və qısa müddət ərzində tələbkara borcunu ödəyəcəyinə dair vəd vermişdir. Hazırda Şəxs tələbkara olan aliment borcu 2.410 manat təşkil edir. Tələbkar Zərərçəkmiş şəxs isə borclu tərəfindən aliment borcunun tam həcmdə və dərhal ödənilməsini tələb edir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Yalnız bundan sonra, yənii bu gün – 13 mart 2024-cü il tarixdə Şəxs icra sənədi üzrə tələbkara borcunu tam şəkildə ödəmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, ondan tələbkarın xeyrinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, Rusiya Federasiyasında yaşayıb işlədiyinə görə tələbkarın öz istəyi ilə həmin şəxsin qardaşının bank kartına aylıq ödənişlər etsə də, sonradan tələbkar Zərərçəkmiş şəxs həmin ödənişləri təkzib etmişdir. Buna görə də onun xeyli miqdarda aliment borcu yaranmışdır. İcra məmuru həmin borcun dərhal və tam şəkildə ödənilməsini tələb etmiş, o isə həmin məbləği tam və birdəfəlik ödəmək imkanı olmadığını bildirmişdir. İcra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, bu barədə ikinci nikahından olan arvadına xəbər vermiş, həmin şəxs faizlə borc verən şəxsdən borc götürərək, icra və probasiya şöbəsinə gətirmiş və onun 2.400 manat aliment borcunu tam ödəmişdir. Buna görə də o, məhkəmə iclasından sonra ailəsini dolandırmaq üçün saxladığı mal-qaranı sataraq, həmin şəxsin borcunu ödəyəcəkdir. Sonda, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(008)-2645/2019 saylı icra sənədinin surətindən görünür ki, Şəxs 12 fevral 2019-cu il tarixdən başlayaraq, 14 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin hakiminin 11 fevral 2020-ci il tarixli, 3(022)-32/2020 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(008)-3822/2023 saylı icra sənədinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(008)-2645/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Şəxs 14 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarından görnüür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(008)-3822/2023 saylı icra sənədiə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 09 yanvar 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(008)-3822/2023 saylı icra sənədini üzrlü səbəblərdən tam icra etməmiş və həmin şəxsin hərəkətləri qəsdlə əhatə olunmamışdır. Bundan başqa, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(008)-3822/2023 saylı icra sənədinin icrasının təmin məqsədi ilə Şəxs şərait yaradılmamış, bütün imkanlar tükənmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Lakin işə məhkəmədə baxıldığ müddətdə borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(008)-3822/2023 saylı icra sənədi üzrə yaranmış 2.410 manat məbləğində olan aliment borcunu tələbkara tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar