Məhkəmə qərarları › İş №3(022)-254/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-254/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-254/2025 13.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1967-ci ildə Biləsuvar rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, il ərzində inzibati xəta törətməyə görə inzibati tənbeh tətbiq olmayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 22 fevral 2025-ci il tarixdə Biləsuvar rayonu, Cərçili adlanan ərazidə saat 12:00 radələrində özünə məxsus “Penta-arms” markalı, 12 çaplı, 519-H24YT-192 nömrəli ov silahının saxlama qaydalarını pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Biləsuvar Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən 24 fevral 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatları: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, hadisə baş verən gün qar yağmışdı, kənddən 7 km aralıda idarə etdikləri avtomobil batmışmış. Maşından düşüb avtomobili batmış ərazidən çıxartmaq istəyərkən ona məxsus ov tüfəngini qabından çıxardıb maşının arxa oturacağına qoymuşdur. Bu zaman polis əməkdaşları orda olan zaman onun avtomobilində silahını görmuşlər və düzgün istifadə etməməyinə görə ona izah etmişlər və onlarla birlikdə Biləsuvar Rayon Polis şöbəsinə getməyini təklif etmişlər. Şəxs onlarla razılaşmamışdır. Hadisə qeyd edildiyi kimi olmuşdur. Əməlindən peşmandır. Hazırda barəsində tərtib olunmuş protokolla razıdır. Hadisə zamanı istifadə etdiyi “Penta-arms” markalı, 12 çaplı, 519-H24YT-192 nömrəli ov silahı ona məxsusdur və sənədləri yerindədir, həmin silah hazırda müsadirə edilərək Biləsuvar Rayon Polis şöbəsində saxlanılır. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 22 fevral 2025-ci il tarixli AKT-dan görünür ki, daşınma qaydalarını pozduğu üçün Şəxs məxsus Biləsuvar Rayon Polis əməkdaşları tərəfindən götürülmüş və Biləsuvar Rayon Polis Şöbəsində qeydiyyatda olan “Penta-arms” markalı 12 çaplı, 519-H24YT-192 nömrəli ov silahı saz və işlək vəziyyətdə təhvil alınmışdır. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 24 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində toplanmış materiala baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid edildiyindən aidiyyəti üzrə həmin məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında” 24 fevral 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs “Penta-arms” markalı 12 çaplı, 519-H24YT-192 nömrəli ov silahının saxlama qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 22 fevral 2025-ci il tarixli 69/2-5322/25 nömrəli akta əsasən hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan “Penta-arms” markalı, 12 çaplı, 519-H24YT-192 nömrəli ov tüfəngi Şəxs geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. 22 fevral 2025-ci il tarixli 69/2-5322/25 nömrəli akta əsasən hüquqpozma predmeti kimi götürülmüş və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan “Penta-arms” markalı, 12 çaplı, 519-H24YT-192 nömrəli ov tüfəngi Şəxs geri qaytarılsın. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar