Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-256/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Naftalan şəhər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(052)-45/2019 saylı qətnaməsinə əsasən həmin məhkəmənin 18 noyabr 2016-cı il tarixli, 2(052)-407/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 26 fevral 2014-cü il təvəllüdlü X2 və 24 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarından aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 14 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Naftalan şəhər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə 26 fevral 2014-cü il təvəllüdlü X2 və 24 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatan kimi saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat miqdarından alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Sonradan Naftalan şəhər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(052)-45/2019 saylı qətnaməsi ilə həmin alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarında müəyyən edilmişdir. Həmin icra vərəqəsi əvvəllər Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin keçmiş icra məmuru X4 icraatında olsa da, sonradan həmin işin icraası ona həvalə edilmişdir. Əvvəllər də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin hakiminin 22 avqust 2019-cu il tarixli qərarı ilə sonuncu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs olunduqdan sonra da aliment ödənişlərini həyata keçirmədiyinə görə Şəxs Azərbaycan Respublikassı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmə yerindən azad olunduqdan sonra da dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu 14 mart 2024-cü il tarixli izahatında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam şəkildə ödəməyə imkanı olmadığını və işsiz olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. Hazırda həmin şəxsin 13.960 manat məbləğində tələbkərə aliment borcu vardır. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclunun aliment borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Naftalan şəhər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə ondan cəmi 200 manat miqdarından alimentin keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmiş və sonradan həmin məhkəmənin qərarı ilə təyin edilmiş aliment miqdarı artırılaraq, hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarında müəyyən edilmişdir. O, heç bir yerdə işləmədiyinə və maddi imkanı aşağı olduğun agörə məhkəməninin qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyə bilməmiş və də onun tələbkara aliment borcu yaranmışdır. O, Azərbaycan Respublikassı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, Biləsuvar rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, Amnistiya Aktı əsasında cəzadan 6 ay vaxtından əvvəl azad edilmişdir. Bundan sonra da o, iş tapa bilmədiyinə görə aliment öhdəliyini icra edə bilməmiş və onun hazırda Zərərçəkmiş şəxs hazırda 13.960 manat məbləğində aliment borcu yaranmışdır. Sonda, Şəxs icra sənədi üzrə tələbkarla barışaq ailə münasibətlərini bərpa etməyə cəhd edəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(052)-407/2016 saylı qətnaməsi ilə 26 fevral 2014-cü il təvəllüdlü X2 və 24 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün üçün Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat miqdarından aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İşdə olan Naftalan şəhər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(052)-45/2019 saylı icra sənədinin surətində görünür ki, Naftalan şəhər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(052)-407/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 26 fevral 2014-cü il təvəllüdlü X2 və 24 noyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat miqdarından aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, Naftalan şəhər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(052)-45/2019 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 18 aprel 2019cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Himayəsində 2 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin icra sənədi icraata qəbul edildiyi vaxtdan uzun müddət ərzində məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 14 mart 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-256/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-256/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver