Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-257/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Ş.Məmmədov 30-97 mənzil 51-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında protokola əsasən 11 mart 2024-cü il tarixdə saat 20:10 radələrində Biləsuvar rayonu ərazisində Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan çəkidə - 0,13 qram kristal şəkili psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi rəisi vəzifəsində işləyir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə 13 mart 2022-ci il tarixli qərardan görünür ki, 11 mart 2024-cü il tarixdə saat 20:10 radələrində Biləsuvar rayonu ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan çəkidə - 0,13 qram kristal şəkili psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında Şəxs məhkəməyə ərizə təqdim etməklə, İXM-in 206-cı maddəsi ilə özünü tam təqsirli hesab edərək əməlindən peşmançılığını bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli 19/242 nömrəli rəyinə əsasən Şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,026 qram olan kristal şəkili psixotrop maddə metamfetaminдир. Tədqiqata sərf olundu: 0,01 qram, qalıq: 0,016 qram. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı və həbsetmənin əvvəli 13 mart 2024-cü il tarixdən saat 20:00-dan hesablanmalıdır. Eyni zamanda hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,016 qram kristal şəkili psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 13 mart 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,016 qram kristal şəkili psixotrop maddə metamfetamin məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(022)-257/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-257/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver