Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-258/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, eli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən 11 nömrəli evdə qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 30 yanvar 2024-cü il tarixdə, saat 05:10-da X1 idarə etdiyi «KİA RİO” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən «Nicat» şadlıq evinin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin psixotrop maddə metamfetamin əyniindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 30 yanvar 2024-cü il tarixdə Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs şöbənin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndində X1 idarə etdiyi «KİA RİO” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş və təxminən 5 dəqiqə sonra, həmin gün saat 05:10-da Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən «Nicat» şadlıq evinin yaxınlığında hərəkətdə olduğu vaxt saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibat binasında videoçəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Toplanmış məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin müstəntiqi Vüsal Adışov tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi üçün iş materialları Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə aparılmışdır. Onun tərəfindən aparılmış araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, Bakı şəhərində ustalıq etməklə məşğul olur. qapıların quraşdırılması və satışı ilə məşğul olur. O, 29 yanvar 2024-cü il tarixdə, gecə saatlarında, tanışı X1 xahişi ilə Biləsuvar rayonu, Nəsimi kəndinə müştərilərindən birinin evinə qapıların quraşdırılması məqsədi ilə həmin şəxslə və E.Ə.Mehdiyev ilə birlikdə sonuncunun idarə etdiyi «KİA RİO” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gəlmişdir. Onlar 30 yanvar 2024-cü il tarixdə, saat 05 radələrində Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş və o, üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. O, üzərində aşkar edilmiş psixotrop maddəni 18 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində küçədə piyada hərəkət etdiyi vaxt yerdə yapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Şəxs həmçinin bildirdi ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur və hazırda da Abşeron rayon Məhkəməsinin icraatında onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 19/85 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan ağ rəngli kristallardan ibarət olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 0,075 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini, həmçinin həmin şəxsin əvvəlıər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum edilməsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,075 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 fevral 2024cü il traixli, 94 saylı rəyindən görünür ki, Şəxs opioidlərin, kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır və həmin şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Buna görə də məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 fevral 2024-cü il traixli, 94 saylı rəyini nəzərə alaraq hesab edir ki, Şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və həmin şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 45 (qırx beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs müddətinin əvvəli 14 mart 2024-cü il, saat 18:10-dan hesablansın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,075 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-258/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-258/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver