Məhkəmə qərarları › İş №3(022)-259/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-259/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-259/2024 14.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 2001-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Salyan şəhəri, M.Quluzadə küçəsində yerləşən 30 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,066 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 11 mart 2024-cü il tarixdə, saat 20:10-da X2 idarə etdiyi «Opel Astra” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən «Turist-5» kafesinin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin narkotik psixotrop maddə metamfetamin əyninindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 11 mart 2024-cü il tarixdə, saat 20:00-da Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs şöbənin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndində X2 idarə etdiyi «Opel Astra” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş və təxminən 10 dəqiqə sonra, həmin gün saat 20:10da Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən «Turist-5» kafesinin yaxınlığında hərəkətdə olduğu vaxt saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibat binasında videoçəkiliş aparılmaqla Şəxsnin üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Toplanmış məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin təhqiqatçısı X4 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi üçün iş materialları Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə aparılmışdır. Onun tərəfindən aparılmış araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, əvvvəllər narkotik vasitə olan marixuana istehlak etsə də, heç vaxt psixotrop maddə metamfetamin istehlak etməmişdir. 11 mart 2024-cü il tarixdə o, Bakı şəhərində parkda olarkən, yerdən tapdığı bükülüdə psixotrop maddə metamfetamin olduğunu görmüş və gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə o, tanışları X6 və X5 ilə birlikdə sonuncunun idarə etdiyi «Opel Astra” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gəlmiş və həmin gün saat 20 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən «Turist-5» kafesinin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş və o, üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Onun tanışı R.N.Əliyevin üzərində psixotrop maddə olduğundan xəbəri olmamışdır. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 19/241 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,066 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi psixotrop maddə metamfetamindir. Tədqiqata 0,02 qram sərf olunmuş, qalıq – 0,046 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxsnin törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan – 13 mart 2024-cü il, saat 20:00-dan hesablanmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,046 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 40 (qırx) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs müddətinin əvvəli 13 mart 2024-cü il, saat 20:00-dan hesablansın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,046 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar