Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-260/2024 15.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar ş. H.Aslanov küç ev 80-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən 12 mart 2024-cü il tarixdə saat 22:05 radələrində Biləsuvar rayonu ərazisində Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan çəkidə - 0,188 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə 14 mart 2022-ci il tarixli qərardan görünür ki, 12 mart 2024-cü il tarixdə saat 22:05 radələrində Biləsuvar rayonu ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan çəkidə - 0,188 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmə iclasında Şəxs İXM-in 206-cı maddəsi ilə özünü tam təqsirli hesab edərək əməlindən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli 19/250 nömrəli rəyinə əsasən Şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.188 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu: 0,03 qram, qalıq: 0,158 qram. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı və həbsetmənin əvvəli 15 mart 2024-cü il tarixdən saat 17:40-dan hesablanmalıdır. Eyni zamanda hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,158 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 15 mart 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, Şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,158 qram çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(022)-260/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-260/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver