Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-262/2024 17.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X12 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1991-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Əsgərabadkəndində qeydiyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 16 mart 2024-cü il tarixdə, saat 18:40-da Biləsuvar şəhəri, P.Əliyev küçəsində Biləsuvar rayon X10 Yol Polisi Bölməsinin yol-patrul xidməti əməkdaşları xidməti fəaliyyətlərini icra etdikləri vaxt, həmin şəxslərlə mübahisə etmiş və ünvansız nalayiq ifadələr işlədərək, ictimaı qaydanı pozaraq cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmiş və həmin polis əməkdaşlarının mübahisəni sonlandırması və avropatrula əyləşmək barədə qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 17 mart 2024-cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş X4 izahatında göstərdi ki, o, Biləsuvar rayon Polis X2 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 16 mart 2024-cü il tarixdə, saat 18:40-da Biləsuvar rayon X10 yol polisi bölməsinin yol-patrul xidməti əməkdaşları X5 və X1 şəhəri, P.Əliyev küçəsində xidməti fəaliyyətlərini icra etdikləri zaman Biləsuvar rayon sakini Şəxs avtopatrula əllə işarə verdiyinə görə həmin yol-patrul xidməti əməkdaşları, şəxsin köməyə ehtiyacı olduğunu düşünərək, avtomobili saxlamışlar. Bundan sonra həmin şəxs polis əməkdaşlarına yaxınlaşaraq, onun barəsində inzibati qaydada tərtib edilmiş protokoldan narazılığını bildirmiş və protokolu tərtib etmiş əməkdaş barəsində uca səslə nalayiq ifadələr işlətmişdir. O.A.Ərzumanlı və E.X.Məmmədli həmin şəxsi intizamlı olmağa və mübahisəyə son qoymağa dəvət etsələr də, sonuncu polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, həmin polis əməkdaşlarının Biləsuvar rayon polis şöbəsinə getmək barədə qanuni tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları həmin şəxsi zorla yol-patrul xidməti avtomobilinə əyləşdirərək, Biləsuvar rayon polis şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon X10 yol polisi bölməsinin yol-patrul xidməti əməkdaşları onun barəsində yanlış inzibati qaydada protokol tərtib etdiklərinə görə onun barəsində böyük məbləğdə inzibati cərimə tətbiq olunmuş və onun nəqliyyət vasitələrini idarə etmək hüququ məhdudlaşlaşdırılmışdır. O, həmin inzibati xəta haqqında protokolları tərtib etmiş yol-patrul xidməti əməkdaşları ilə görüşərək, bunu səbəbini soruşmaq istəsə də, buna müvəffəq ola bilməmişdir. 16 mart 2024-cü il tarixdə, saat 18:40-da, o, Biləsuvar şəhəri, P.Əliyev küçəsində piyada hərəkətdə olarkən, Biləsuvar rayon X10 yol polisi bölməsinin Orxan və Elvin adlı yol-patrul xidməti əməkdaşlarını idarə etdiyi avtopatrulu görərək, əlini qaldırmaqla saxla işarəsi vermişdir. Bundan sonra həmin əməkdaşlar avtomobili saxlamış və ona yaxınlaşmışlar. O, barəsində tərtib edilmiş protokolla bağlı həmin polis əməkdaşlarına etiraz etmişdir. Həmin vaxt o, özünün idarə edə bilməyərək, uca səslər həmin protokolu tərtib etmiş polis əməkdaşının ünvanına söyüşlər söymüşdür. Belə ki, mübahisə zamanı o, əsəbləşərək ucadan söyüşlər söydüyünə görə polis əməkdaşları ondan qanunsuz hərəkətlərinə son qoymasını və onunla birlikdə Biləsuvar rayon polis şöbəsinə getməsini tələb etmişlər. O, isə sərxoş olduğu üçün polis əməkdaşlarından onu buraxmalarını xahiş edərək, əvvəlcə post-patrul avtomobilinə minmək istəməsə də, sonradan polis avtomobilinə əyləşərək Biləsuvar rayon Polis Şöbəsinə məcburi qaydada gəlmişdir. Sonda, Şəxs əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini vəd edərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Biləsuvar rayon X14 yol polisi bölməsi Post-patrul xidmətinin polis serjantı vəzifəsində işləyir. O, 16 mart 2024-cü il tarixdə, saat 18:40-da Biləsuvar şəhəri, P.Əliyev küçəsində, iş yoldaşı O.A.Ərzumanlı ilə xidmət olarkən, Şəxs onların xidmət apardıqları yol-patrul avtomaşınına saxla işarəsini verdiyinə görə onlar avtomobili saxlamışdır. Bundan sonra həmin şəxs onların oludğu avtomobilə yaxınlaşaraq, onun barəsində inzibati qaydada tərtib edilmiş protokoldan narazılığını bildirmiş və protokolu tərtib etmiş əməkdaş barəsində uca səslə nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi intizamlı olmağa və mübahisəyə son qoymağa dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə məhəl qoymayaq, söyüşlər söymüşdür. Onlar Şəxs yol-patrul avtomaşınına minməsinə dair göstəriş vermələrinə baxmayaraq, sonuncu onların qanuni tələblərinə məhəl qoymayaraq, müqavimət göstərmişdir. Buna görə də onlar həmin şəxsi zorla avtomobilə mindirərək, Biləsuvar rayon polis şöbəsinə aparmış və növbətçi hissəyə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 şahid E.X.Məmmədlinin izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsiri müəyyən edilsə də, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs Biləsuvar rayon X10 Yol Polisi Bölməsinin yol-patrul xidməti əməkdaşları ilə küçədə, ictimai yerdə, mübahisə edərək və nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozan hərəkətlərə yol versə də, həmin yol-patrul xidməti əməkdaşları həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra etməklə məşğul olmamışlar və belə olan halda, yolpatrul xidməti əməkdaşlarının ictimai qaydanın mühafizəsi ilə məşğul olan polis əməkdaşlarını hadisə yerinə çağırmadan, Şəxs yol-patrul xidməti avtomaşınına məcburi qaydada mindirməklə, həmin şəxsin onlarla birlikdə məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə getməsini tələb etməyə səlahiyyətli olmamışlar. Belə olan halda, iş materiallarında Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 535.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlmək üçün kifayət qədər sübut yoxdur. Belə hallar isə məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə şübhəli məqamlar hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələri nəzərə alınmaqla şəxsin təqsirli olmasını şübhə altına alır, sonuncunun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələbinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 327.3-cü maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatların formal mülahizələr əsasında tərtib olunmasını, həmin şəxsə istinad edilən polisin qanuni tələbinə tabe olmama əməlinin yalnız formal mülahizələrə və təsdiq olunmamış şübhələrə əsaslanmasını, sonuncunun yol-patrul xidməti avtomobilinə əyləşməkdən imtina etməsini həmin şəxsin ictimai asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olamaq kimi qiymətləndirilə bilməməsini, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən halların məhkəmə iclasında sübuta yetirilməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını “Vətən Müharibəsi” iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 16 mart 2024-cü il tarixdə, saat 19:20-də inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-262/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-262/2024
17.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver