Məhkəmə qərarları › İş №3(022)-263/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-263/2024

17.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-263/2024 17.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİM: İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar,o cümlədən Azərbaycan Respublikası İXM-in 53- cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün icraata qəbul edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə barəsində olan 3(022)-262/2024 saylı inzibati xəta haqqında işlə bir icraatda birləşdirilsin. İşin baxılması 17 mart 2022-ci il tarixdə saat 12:15-ə Biləsuvar Rayon Məhkəməsinin binasına təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsin. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Biləsuvar Rayon Məhkəməsinin sədr vəzifəsini icra edən Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar