Məhkəmə qərarları › İş №3(022)-264/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-264/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-264/2025 04.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X4, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1976-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 uşağı olan, heç yerdə işləməyən, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, M.Əsədov küçəsində yerləşən 19 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 01 mart 2025-ci il tarixdə özünəməxsus “Facebook” sosial şəbəkəsi hesabında X2 fotoşəkillərini paylaşaraq, həmin şəxsə qarşı barəsində təhqiredici və böhtan xarakterli ifadələr işlətməklə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 01 mart 2025-ci il tarixdə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraççı direktoru X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs onun barəsində özünəməxsus “Facebook” sosial şəbəkəsi hesabında təhqir və böhtan xarakterli məlumatlar paylaşaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozması barədə şikayət etmişdir. Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, X5 uzun müddət birlikdə işləmiş və həmin şəxslə münasibətləri yaxşı olmuşdur. Lakin 2021-ci ildə onunla A.X.Bağırov arasında münasibətlər soyumuşdur. O, bir neçə dəfə həmin şəxsdən onu icraçı direktoru olduğu Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində ona işlə təmin etməsini xahiş etsə də, sonuncu ona iş verməmişdir. Buna görə də o, 01 mart 2025-ci il tarixdə özünəməxsus “Facebook” sosial şəbəkəsi hesabında A.X.Bağırova məxsus fotoşəkilləri paylaşaraq, sonuncu barəsində bir neçə kontent yaratmışdır. O, əsəbi olduğuna görə həmin paylaşımlarında A.X.Bağırov barəsindəbir neçə təhqiramiz ifadələr işlətmişdir. O, həmin əməlləri həyat şəraitində və dərin psixoloji sarsıntılar keçirdiyi zaman törətmişdir. O, hazırda törətdiyi əmələ görə peşmandır və əməlinə görə A.X.Bağırovdan üzr istəmiş, sonuncu ilə barışığa nail olmuşdur. O, artıq həmin paylaşımları silmişdir və bu gün etdiyi növbəti paylaşımda A.X.Bağırovdan üzr istəyərək, əvvəlki ifadələrini təkzib etmişdir. O, bir daha belə əməllərə yol verməyəcəyinə dair söz verir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində inzibati xətanın zərərli nəticələrini aradan qaldırdığına görə barəsində inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə verdiyi izahatında göstərdi ki, o, 20132019-cu illərdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi, 2019-2022-ci illərdə Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində xidmət etmişdir. O, hazırda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru vəzifəsində çalışır. O, Şəxs uzun müddətdir ki, tanıyır və həmin şəxslə münasibətləri normal olmuşdur. Lakin sonradan onunla Şəxs arasında olan münaibətlər pisləşmişdir. Belə ki, Şəxs onu Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində işlə təmin etməsini ondan xahiş etsə də, o, sonuncunun xahişini təmin edə bilməmişdir. Buna görə də Şəxs 01 mart 2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsi hesabında onun fotoşəkillərin paylaşaraq, barəsində təhqir və böhtan xarakterli ifadələr işlətmiş və ictimai müzakirələrə səbəb olmuşdur. Buna görə də o, həmin şəxs barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Lakin sonradan Şəxs ondan üzr istəyərək, onunla barışıq əldə etmişdir. Sonda, A.X.Bağırov Şəxs onunla barışıq əldə etdiyini nəzərə alaraq, həmin şəxsin inzibati məsuliyyətdən azad edilməsini və həmin şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, həmçinin Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və sonuncuya vurduğu zərəri tam ödədiyinə görə, onun barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Şəxs məxsus “Facebook” sosial şəbəkəsi hesabından çıxarışlardan görünür ki, Şəxs məxsus hesabda yaradılmış kontentlərdə zərərçəkmiş şəxs X2 şəkilləri paylaşılaraq, sonuncu barəsində “aqşincik”, “məxluq” və həmin şəxsin diplomunun saxtalığına dair ifadələr işlədilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi həmin maddə ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu maddəsinə əsasən isə internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsinə yol verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə görə isə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 8-ci bəndinə məhkəmələrə tövsiyə etmişdir ki, zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 25 dekabr 2020-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi “Engel və digərləri Niderlanda qarşı” iş üzrə 8 iyun 1976-cı il tarixli və “Lutz Almaniyaya qarşı” işi üzrə 25 avqust 1987-ci il tarixli Qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Belə ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün həmin şəxsin “Facebook” sosial şəbəkəsi hesabında zərəçəkmiş şəxs barəsində işlətdiyi ifadələrin təhqir və böhtan olmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyinə görə Şəxs əməlində həmin maddənin tərkibinin olmasına əsaslı şübhələr mövcuddur və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün tələb olunan 4 əlamətdən hamısı mövcud deyil. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkibi olduğunu təsdiq edən əsaslar müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadlanan hallarını nəzərə alaraq hesab edirəm ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci madəsinin tələbinə görə Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 105, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar