Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-266/2024 05.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakı ilə Ünvanı Yardımlı rayonu, Bozayran kəndi olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: 12 fevral 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına 33AA301/33AA302 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********6184 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hügugi şəxs Şəxs MMC tərəfindən təgdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2024-cü il tarixli **********6184 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********6184 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 482.2.-ci maddəsi ilə 01200- 00110/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bununla da, Şəxs MMC tərəfindən İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Protokol tərtib etmiş X5 göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına 33AA301/33AA302 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********6184 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən təgdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2024-cü il tarixli **********6184 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********6184 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Belə ki, qeyd edilən bəyannamədə 3-cü mal mövgeyində ********** kodu altında netto çəkisi 1724 kq olan “Qara metaldan mətbəx məişət əşyaları” adlı yük aşkarlanmamış, lakin 1-ci mal mövqeyində ********** kodu ilə “aliminium mətbəx məişət əşyaları" 904 kq (netto) göstərilsə də 1678 kq (netto), 2-ci mal mövqeyində ********** kodu ilə “plastmassdan mətbəx məişət əşyaları” 1390 kq (netto) göstərilsə də 2396 kq (netto) aşkar edilmişdir.Qeyd olunan faktla bağlı xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhgiqat şöbəsində Azərbaycan Respublikası İXM-nın 482.2-ci maddəsi ilə 01200- 00110/24 saylı inzibati xəta haqgında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsidir. Şəxs MMC-nin gömrük işləri üzrə bir çox əməliyyatları o, həyata keçirir. Belə ki, idxalatçı Şəxs MMC-nin ünvanına gələn yüklərin gömrük rəsmiləşdirməsini və digər əməliyyatları yerinə yetirir. Faktla bağlı sonuncu dəfə idxalatçı Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 33AA301/33AA302 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində “Aliminiumdan mətbəxt və məişət əşyaları”, “Plastmassdan mətbəxt və məişət əşyaları”, “Qara metaldan mətbəxt və məişət əşyaları”, “Qara metaldan buxar peçlərinin hissəsləri” yükü idxal edilmişdir. Qeyd edilən yüklər xx.xx.2024-cü il tarixli **********6184 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən mallara baxış zamanı **********6184 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların düzgün bəyan edilmədiyi müəyyən edildi. Belə ki, gömrük bəyannaməsinin 3-cü mal mövqeyində ********** kodu altında netto çəkisi 1724 kq olan “Qara metaldan mətbəx və məişət əşyaları” adlı yük aşkarlanmamış, lakin 1-ci mal mövqeyində ********** kodu ilə “aliminium mətbəx və məişət əşyaları" 904 kq göstərilsə də 1678 kq, 2-ci mal mövqeyində ********** kodu ilə “plastmassdan mətbəx və məişət əşyaları 1390 kq göstərilsə də 2396 kq aşkar edilmişdir. İran İslam Respublikasındakı tərəfdaş şirkəti “Rahim Firooz Commercial" tərəfindən mallar onlara göndərilən zaman ixracatçı tərəfindən mallar düzgün yüklənilməmişdir. Belə ki, onlar idxal olunan yükləri bəyan edərkən müvafiq sənədləri əsas götürdüyü üçün malları bəyan edərkən belə bir uyğunsuzluq yaranmışdır. İnzibati xətalar haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nın inzibati xəta törətməsində təqisri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli № 19/172 saylı rəyinə əsasən ekspertiza təqdiqatına təqdim edilmiş nümunə əsasında malların təzə vəziyyətdə olması nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 26556.00 manat müəyyən olunur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs MMC tərəfindən İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxsnə aşkar edilmiş malların dəyərinin (26556 manat) otuz faizi məbləğdə inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(022)-266/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-266/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver