Məhkəmə qərarları › İş №3(022)-267/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-267/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-267/2024 19.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məhləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 4 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 13 nömrəli evin 10 nömrəli mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(022)-1002/2018 saylı icra sənədinə əsasən Şəxs 01 oktyabr 2008-ci ildə anadan olmuş X5, 07 avqust 2010-cu ildə anadan olmuş X6 və 15 fevral 2014-cü ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 77 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,59 misli miqdarında, cəmi 231 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının 11 iyun 2018-ci il tarixdən X5, X6 və X3 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, 30 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 19 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(022)-1002/2018 saylı icra sənədinə əsasən Şəxs 01 oktyabr 2008-ci ildə anadan olmuş X5, 07 avqust 2010-cu ildə anadan olmuş X6 və 15 fevral 2014-cü ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 77 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,59 misli miqdarında, cəmi 231 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının 11 iyun 2018-ci il tarixdən X5, X6 və X3 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, 30 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Buna görə də həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 2 dəfə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Biləsuvar rayon məhkəməsinin müvafiq qərarları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və sonuncunun barəsində 2 dəfə inzibati tənbeh tədbiri, o cümlədən Biləsuvar rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin həmin şəxs ona tətbiq olunmuş inzibati tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, öz öhdəliklərini icra etməmişdir. Belə ki, həmin tarixdən indiyə qədər borclunun ünvanına çoxsaylı bildiriş və xəbərdarlıqlar göndərilsə də, Şəxs tələbkara olan nəinki qalıq aliment borcunu ödəməmiş, hətta aylıq aliment ödənişlərini də həyata keçirməmişdir. Hazırda borclunun aliment borcu 6.116 manat təşkil edir və sonuncu qalıq aliment borcunu hissəhissə ödəyəcəyini yenə də vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyətini bilir. Lakin hazırda onun maddi vəziyyəti yaxşı deyildir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, Zərərçəkmiş şəxs ilə ayrıldıqdan sonra X7 ilə ailə qurmuş, lakin X7 doğuş zamanı vəfat etmişdir ki, onların birgə nikahından anadan olmuş azyaşlı – 04 aprel 2019-cu il təvəllüdlü X9 hazırda onun himayəsindədir və uşağı özü təkbaşına saxlayır. Sonda Şəxs onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, 31 may 2018-ci il tarixli 2(022)-61/2018 saylı icra icra sənədinə əsasən icra məmuru tərəfindən 13 avqust 2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu Şəxs 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən peşman olmasını və himayəsində himayəsində üç nəfər uşağının olmasını, habelə 14 yaşına çatmayan uşağını təkbaşına böyütməsini inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin 17 oktyabr 2022-ci il tarixli 641/12 nömrəli arayışından görünür ki, X7 16 iyun 2021-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir. İnzibati xəta haqqında iş materialalrına əlavə edilmiş “Elektron Məhkəmə” informasiya sisteminin “Qohumluq məlumatları” alt sistemindən çıxarışdan görünür ki, X9 04 aprel 2019-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə həmin Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, işin hallarını, habelə Şəxs on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz və buna görə də, ona İXM-in 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin, inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar