Məhkəmə qərarları › İş №3(022)-268/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-268/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-268/2024 19.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məhləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 31 mart 1981-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən 1 nömrəli evin 10 nömrəli mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(022)-592/2020 saylı icra vərəqəsinə əsasən Şəxs əsas borc qismində 2.550 manat 59 qəpik, cərimə qismində 20 manat, cəmi 2.570 manat 59 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 25 manat məbləğində pul vəsaiti «Ferrum Kapital» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)- 854/2023 saylı icra vərəqəsinə əsasən 08 iyul 2022-ci il tarixli, MAS-5354 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2022-ci il tarixdə istehsal edilmiş, “Khazar LX” markalı, **-PE-*** qeydiyyat nişanlı, “NVABA1HHFMF802769” ban nömrəli avtomobilin Zərərçəkmiş şəxsnə qaytarılması və Şəxs 08 iyul 2022-ci il tarixli, MAS-5354 saylı daxili lizinq müqaviləsi üzrə 12 iyun 2023-cü il tarixə hesablanmış əsas borc qismində 999 manat 54 qəpik, gecikdirilmiş mükafat qismində 770 manat 27 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu qismində 20 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 90 manat 10 qəpik, cəmi 1.879 manat 91 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqələrində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 19 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ş.İ.İbrahimova məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(022)-592/2020 saylı icra vərəqəsinə əsasən Şəxs əsas borc qismində 2.550 manat 59 qəpik, cərimə qismində 20 manat, cəmi 2.570 manat 59 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 25 manat məbləğində pul vəsaitinin «Ferrum Kapital» məhdud məsuliyyətli cəmiyyətinin və həmin məhkəmənin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-854/2023 saylı icra vərəqəsinə əsasən 08 iyul 2022-ci il tarixli, MAS-5354 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2022-ci il tarixdə istehsal edilmiş, “Khazar LX” markalı, **-PE-*** qeydiyyat nişanlı, “NVABA1HHFMF802769” ban nömrəli avtomobilin Zərərçəkmiş şəxsnə qaytarılması və Şəxs 08 iyul 2022-ci il tarixli, MAS-5354 saylı daxili lizinq müqaviləsi üzrə 12 iyun 2023-cü il tarixə hesablanmış əsas borc qismində 999 manat 54 qəpik, gecikdirilmiş mükafat qismində 770 manat 27 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu qismində 20 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 90 manat 10 qəpik, cəmi 1.879 manat 91 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Biləsuvar rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(022)- 592/2020 saylı icra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuş və o, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsinə təyin edildikdən sonra onun icraatına verilmişdir. Həmin icra sənədilərin icrası ilə bağlı o və digər icra məmuru Şəxs bildiriş vermiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Şəxs əvvəllər işləmədiyini və maddi imkanının olmadığını bildirdiyinə görə işlə təmin olunmaq üçün aidiyyəti orqanlara müraciət etməli olduğu ona izah edilmişdir. Lakin Şəxs bütün izahatlarında maddi imkanı aşağı olduğuna və işsiz olduğuna görə borcunu ödəyə bilmədiyini, ayda cəmi 40 manat ödəniiş etməyə gücü çatdığını bildirmişdir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, Ş.İ.İbrahimova Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə ondan əsas borc qismində 2.550 manat 59 qəpik, cərimə qismində 20 manat, cəmi 2.570 manat 59 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 25 manat məbləğində pul vəsaitinin «Ferrum Kapital» məhdud məsuliyyətli cəmiyyətinin, həmin məhkəmənin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə isə lizinq obyekti olan 2022ci il tarixdə istehsal edilmiş, “Khazar LX” markalı, **-PE-*** qeydiyyat nişanlı, “NVABA1HHFMF802769” ban nömrəli avtomobilin Zərərçəkmiş şəxsnə qaytarılması və 08 iyul 2022-ci il tarixli, MAS-5354 saylı daxili lizinq müqaviləsi üzrə 12 iyun 2023-cü il tarixə hesablanmış əsas borc qismində 999 manat 54 qəpik, gecikdirilmiş mükafat qismində 770 manat 27 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu qismində 20 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 90 manat 10 qəpik, cəmi 1.879 manat 91 qəpik məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. O, Biləsuvar rayon məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə razı deyil. Belə ki, o hesab edir ki, ondan həmin qərarla mükfat qismində artıq məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Buna görə də o, həmin icra vərəqəsinin icra edilməsindən yayınmışdır. Həmçinin o, lizinq obyekti olan nəqliyyat avsitəsini tələbkar Zərərçəkmiş şəxsnə təhvil verməyəcəkdir. Lakin digər icra sənədi üzrə o, imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. O, uzun müddət işsiz olsa da, hazırda Laçın şəhərində iş tapmış və əmək haqqısını aldığı zaman tələbkara olan borcunu ödəyəcəkdir. Əgər barəsində inzibati həbs seçilərsə, o, tələbkara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon məhkəməsinin 13 iyul 2020ci il tarixli, 2(022)-592/2020 saylı icra sənədinə əsasən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 14 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanılmış, Şəxs 14 oktyabr 2020-ci il, 13 fevral 2023-cü il, 17 aprel 2023-cü il və 12 may 2023-cü il il tarixlərdə tələbin icrası ilə bağlı bildirişlər verilmişdır. Həmçinin Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)- 854/2023 saylı icra sənədinə əsasən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 06 dekabr 2023-cü il tarixli qərarla icraata başlanılmış, Şəxs 06 dekabr 2023-cü il il tarixə tələbin icrası ilə bağlı bildiriş verilmişdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 1 uşağının olmasını inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarını uzun müddət ərzində icra edilməməsini, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə həmin şəxsin lizinq obyekti olan nəqliyyat vasitəsini tələbkara qaytarmamasını və qaytarmaqdan imtina etməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 19 mart 2024-cü il tarixdən, saat 13:25-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim N.F.Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar