Məhkəmə qərarları › İş №3(022)-269/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-269/2024

22.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-269/2024 22.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxx 1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri M.Ə.Sabir küç ev 37-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 21 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 göstərmişdir ki, Şəxs 21 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri ərazisində Biləsuvar Rayon Polis Şöbəsi DYPB-nin əməkdaşları tərəfindən saxlanılarkən buna etiraz olaraq ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, özünü qismən təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İşdə olan 21 mart 2024-cü il tarixli 007584 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 21 mart 2024-cü il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuş və 22 mart 2024-cü il tarixdə azad edilmişdir. X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Biləsuvar rayon Polis Şöbəsinin BYPXİ polis kapitanı vəzifəsində işləyir. 21 mart 2024-cü il tarixdə xidmət yoldaşı Sübhan Qasımzadə ilə birlikdə Biləsuvar rayonu ərazisində xidmətdə olarkən Biləsuvar şəhəri H.Əliyev küçəsində Şəxs idarə etdiyi avtomobildə duman işıqlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, Şəxs avtomobildən düşən kimi buna etiraz olaraq ucadan səsküy salmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşları tərəfindən Biləsuvar Rayon Polis Şöbəsinə dəvət edildikdə, o, aqressv şəkildə Polis Şöbəsinə aparılmasına etiraz etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. X1 X2nun izahatı ilə eynu məzmunlu ifaədə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 21 mart 2024-cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar