Məhkəmə qərarları › İş №3(022)-269/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-269/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-269/2025 13.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Şəxs, 16 iyun 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri Biləcəri Lokomatov deposunda maşınıst köməkçisi işləyən,Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Kazımov küçəsi ev 11-də evdə yaşayan , barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol- Patrul Xidməti Alayının 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 19 yanvar 2025-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi “Mersedes Benz 190” minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 80,5-ci km-də Astara rayonu istiqamətində olarkən ani zamanda sükan arxasında yuxladığı üçün yolun sağ ehtiyat hissəsinə çıxmış, yola qayədarkən idarəetməni itirmiş, avtomobil sola istiqamətləndirmiş arxa sol hissəsi yolun hərəkət hissəsini ortadan ayıran beton təhlükəsizlik səddə çırpılmış və daha sonra sağa istiqamətlənərək sağ tərəfdən soldan çıxaraq su kanalına damı üstə aşmış, nəticədə “Mersedes Benz 190” minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs2 sağlamlığnaa zərərvurmayan, Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da Şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuşdur. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu Taqımının baş inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmim peşman olduğunu, bir daha qanun pozuntusuna yol verməyəcəyini bildirdi və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inzibati xəta haqqında göstərilən xüsusatları təqdiq etdilər və barəsində inzibati xəta haqqında iş aparılan Şəxs heç bir tələb və şikayətlərinin olmadığını bildirib, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıram. İş V.Hüseynovun törədilmiş inzibati xətadan səmim peşman olmasını, zərərçəkmişlərlə razılıq əldə etməsini və onlara vurulmuş maddi zərəri aradan qaldırılmasını məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, işin hallarını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar rayon məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar