Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-272/2025 05.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 2006-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi” yaşayış massivində yerləşən 60 nömrəli evin 12 nömrəli mənzilində yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 2025-ci ilin fevral ayında Biləsuvar şəhəri ərazisində narkotik vasitə olan marixuana istehlak etmiş və 12 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində aparılmış icbari narkoloji müayinənin və 27 fevral 2025-ci il tarixdə keçirilmiş ambulator narkoloji tibbi yoxlamanın nəticələrinə görə Şəxs aid tibbi nümunələrdə narkotik vasitə “Tetrahidrokannabiloil” narkotik vasitəsi aşkar edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində aparılmış icbari narkoloji müayinə zamanı həqiqi hərbi xidmət çağırışçısı Şəxs tibbi nümunələrində narkotik vasitə olan “Tetrahidrokannabiloil”in aşkar edilməsi barədə Biləsuvar rayon polis şöbəsinə məlumat vermişdir. Belə ki, 12 fevral 2025-ci il tarixdə Şəxs müayinədən keçirilmiş və həmin şəxsə məxsus tibbi nümünələrdə narkotik vasitə olan “Tetrahidrokannabiloil” maddəsi aşkar edilmişdir. Buna görə də Şəxs 05 mart 2025-ci il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin olması müəyyən edildiyinə görə onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər şəhərciyi” yaşayış massivində yerləşən 60 nömrəli evin 12 nömrəli mənzilində yaşayır. Onun 2024-cü ilin noyabr ayında 18 yaşı tamam olmuşdur və o, hazırda heç bir yerdə işləmir. 2025-ci ilin yanvar ayında o, Xırdalan şəhərində olduğu zaman tanımadığı şəxsdən şəxsi istehlakı məqsədilə narkotik vasitə qurudulmuş marixuana almış və 02 fevral 2025-ci il tarixdə həmin narkotik vasitəni Biləsuvar rayonunda olarkən istehlak etmişdir. 12 fevral 2025-ci il tarixdə isə o, həqiqi hərbi xidmət üzrə çağırışçı kimi müayinədən keçmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə çağırılmışdır. O, müayinədən keçdiyi zaman onun tibbi nümünəsində marixuana aşkar edilmişdir. O, hazırda etdiyi əmələ görə peşmandır və bir daha belə əmələ yol verməyəcəyinə söz verir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu və cavanlığını nəzərər alaraq barəsində ədalətli yüngül növdə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan X2 narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün aparılmış nakroskinninq müayinəsinin nəticəsinə dair 20 dekabr 2024cü il tarixli çıxarışdan görünür ki, O.N.Məmmədzadə həmin klinikada müayinədən keçirilmiş və ona məxsus sidik nümanəsində narkotik vasitə “THC (marixuana)” aşkar edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində aparılmış icbari narkoloji müayinənin nəticəsinin nümunəvi formasının surətindən görünür ki, 12 fevral 2025-ci il tarixdə Şəxs icbari narkoloji müayinədən keçirilmiş və ona məxsus sidik nümünəsində narkotik vasitə “Tetrahidrokannabiloil” aşkar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxsun törədilmiş inzibati xətadan səmimi peşmançılığını və cavanlığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 fevral 2025ci il traixli, 108 saylı rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır və həmin şəxsin ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Buna görə də məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 fevral 2025-ci il traixli, 108 saylı rəyini nəzərə alaraq hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və həmin şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli Şəxs faktiki olaraq tutulduğu vaxtdan, yəni 05 mart 2025-ci il tarixdə, 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 05 mart 2024-cü il tarixdən, saat 10:00-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərar, Şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməsinə dair hissədə, Şəxs ona təyin olunmuş inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,076 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-272/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-272/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver