Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-275/2024 15.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1981-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Babək rayonu Qahab kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük idarəsi Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük idarəsi Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi, 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına Naxçivan-Bakı və əks istiqamətdə hərəkət edən sərnişin avtobusunda sərnişin kimi gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olarag gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğusual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və nəticədə Şəxs əl yüklərində daxil olan fərqli gara selofan torbaların içərisində yerləşən müxtəlif ərzaq məhsullarının (püstə, qənd, kərə yağı) və şəxsi əl çantasının daxilində gömrük nəzarətinə bəyan olunmayan ümumilikdə 50 qutu üzərində “MARLBORO FİLTER PLUS EXTRA” markalanma yazısı olan siqaretlər və ümümilikdə 20 ədəd üzərində “XYLA-P LİDOCAİNE\PRİLOCAİNE” markalanma yazısı olan dərman preparatları aşkar edilərək götürülmüşdür. Bu əməli ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərtib etdiyi 06 mart 2024-cü il tarixli № 01200-00113/24 saylı EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi, 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına Naxçivan-Bakı və əks istiqamətdə hərəkət edən sərnişin avtobusunda sərnişin kimi gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarət zonasına daxil olarag gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və nəticədə Şəxs əl yüklərində daxil olan fərqli gara selofan torbaların içərisində yerləşən müxtəlif ərzaq məhsullarının (püstə, qənd, kərə yağı) və şəxsi əl çantasının daxilində gömrük nəzarətinə bəyan olunmayan ümumilikdə 50 qutu üzərində “MARLBORO FİLTER PLUS EXTRA” markalanma yazısı olan siqaretlər və ümümilikdə 20 ədəd üzərində “XYLA- P LİDOCAİNE\PRİLOCAİNE” markalanma yazısı olan dərman preparatları aşkar edilərək götürülmüşdür. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6205-9/9075 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş DGK-ə məxsus paketdə olan üzərində “Xyla- P Lidocaine/Prilocain” göstəricisi olan 20 ədəd məlhəmin tərkibində olan komponentlər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiqata təqdim edilmiş adları və sayları cədvəl № 1-də göstərilmiş tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur.Ekspertiza tədqiqatına təqdim edilmiş dərman pereparatlarının və tütün məmulatlarının xx.xx.2024-cü il tarixə orta qiyməti ilə ümumi dəyəri təxminən 510.00 manat müəyyən edilir. Qeyd olunan faktla bağlı Şəxs barəsində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən 06 mart 2024cü il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnizibati materialı tərtib etmiş şəxsə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş ümumilikdə 50 qutu üzərində “MARLBORO FİLTER PLUS EXTRA” markalanma yazısı olan siqaretlər və ümümilikdə 20 ədəd üzərində “XYLA- P LİDOCAİNE\PRİLOCAİNE” markalanma yazısı olan dərman preparatları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-275/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-275/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver