Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-279/2024 28.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X9, İclas katibi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi polis leytenantı X13 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi vəkil X11 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 23-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar Rayon Mərkəzi X4 ilə mübahisə edərək ictimai qaydanı pozmuş və buna görə də, onun barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X18 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar Rayon Mərkəzi X1 şəkərli diabet və plemaniya xəstəliyi ilə terapiya şöbəsində stasionar müalicə olunması məqsədi ilə palataya yerləşdirilərkən Sona Məmmədova ona təklif olunmuş 9-cu palatada müalicə olunmasına etiraz etmiş, digər palataya yerləşdirilməsini xahiş etmişdir. Təsərrüfat müdiri X6 ilə Sona Məmmədovanın bacısı Şəxs arasında bununla bağlı terapiya şöbəsində mübahisə yaranmış, tərəflər Terapiya şöbəsinin baş feldşeri X10 xidməti otağında və daha sonra dəhlizdə ictimai yerdə bir-birlərini söyərək təhqir etmişlər. Bununla da Şəxs və X6 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xüliqanlıq inzibati xətanı törətmişlər.Belə olan halda Şəxs və X3 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Lakin Şəxs və X3 əməllərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində həmin maddə ilə inzibati tənbeh tədbirinin görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Biləsuvar RPŞ-nin İTB- nə göndərilməlidir. Həmçinin araşdırmanın nəticəsi barədə müraciət müəlliflərinə rəsmi məlumat verilməlidir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları, yəni xx.xx.2024-cü il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında bacısı X8 şəkərli diabet və plemaniya xəstəliyi ilə terapiya şöbəsində stasionar müalicə olunması məqsədi ilə palataya yerləşdirərkən təsərrüfat müdiri X6 ilə aralarında mübahisə yaranmasına baxmayaraq Sənubər Məmmədovanı söymədiyini, onu təhqir etmədiyini göstərmişdir. Şəxs müdafiəçisi vəkil X2 Şəhla Yadulla qızının əməlində onun inzibati xəta görətməsini təsdiq edən heç bir sübüt məhkəməyə təqim edilmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyərək hesab edirəm ki, hazırda İXM-in 510-cu maddəsi üzrə Şəxs əməlində xuliqanlıq niyyəti ilə əhatə olunan inzibati xəta əməlinin əlamətlərinin özündə əks etdirən təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı 29 fevral 2024-cü il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında S.Ə.Məmmədova ilə Şəxs arasında münaqişə baş verdiyi öz təsdiqini tapsa da, həmin şəxsin hərəkətlərinin ictimai qaydanı pozması və Biləsuvar rayon Mərkəzi Xəstəxanasının və ya həmin xəstəxananın hər hansı stuktur bölməsinin normal iş fəaliyyətini pozmasına da heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin həmin şübhəli məqamların sübut edilməsi yükü barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin deyil, sonuncu barəsində həmin protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X18 məhkəməyə iş üzrə ortaya çıxmış şübhəli məqamları təkzib edəcək heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, iş materiallarında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlmək üçün kifayət qədər sübut yoxdur. Belə ki, İXM-in 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində İXM-in həmin maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. İXM-in 105.1-ci madəsinin tələbinə görə bu Məcəlllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 105, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X20
Məhkəmə qərarları › İş №3(022)-279/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-279/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver