Məhkəmə qərarları › İş №3(022)-280/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-280/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-280/2024 28.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxx 1970-ci il təvəllüdlü Şəxs (şəxsiyyət vəsiqəsi -AA 1834187), 29 fevral 2024-cü il tarixdə Biləsuvar rayon mərkəzi xəstəxanasında Şəhla Məmmədova ilə mübahisə edərək, ictimai qaydanı pozmuşdur. Lakin tərəfimdən qeyd olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında vaxılması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması, təritb edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, 01 dekabr 1968-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində doğulmuş, ünvan 1 ünvanında yaşayan X3 və həmin xəstəxanada stasionar müalicə alan X4 arasında 29 fevral 2024-cü il tarixdə, saat 12 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasının binasında mübahisə baş vermiş və həmin şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olması əsası ilə qeyd edilən şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün toplanmış materiallar Biləsuvar rayon polis X2 bölməsinə göndərilmişdir. Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X8 tərəfindən isə 01 dekabr 1968-ci il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində doğulmuş, ünvan 1 ünvanında yaşayan X3 barəsində deyil, xx xxx 1970-ci il tarixdə Biləsuvar rayonu Çaylı kəndində anadan olmuş, hazırda Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 28 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Bununla belə, inzibati xəta haqqında protokol xx xxx 1970-ci il tarixdə Biləsuvar rayonu Çaylı kəndində anadan olmuş, hazırda Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində tərtib olunmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəməyə 01 dekabr 1968ci il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində doğulmuş, ünvan 1 ünvanında yaşayan X3 təqdim edilmişdir. Eyni zamanda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, 28 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surəti Şəxs deyil, X1 təqdim edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları və vəzifələri Şəxs deyil, X1 elan edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolun tərtib etmiş vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına həmin Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinin tələbinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işi digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109cu maddələrinə əsasən QƏRARA ALDİM: Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və yaşayan, xx xxx 1970-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 geri qaytarılsın. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar