Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-282/2024 15.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 442-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 19 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri mərkəzi bazarda pirotexniki vasitələri satması aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar şəhəri mərkəzi bazarda qadağan olunmuş pirotexniki vasitə satması aşkar olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 442-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 442-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, Şəxs aşkar edilərək götürülmüş “42 rcəd fişəng, 8 ədəd 1395 C sarı, 16 ədəd EK 23 nazik, 6 ədəd KO2010 Dyanmit,11 ədəd C '395, 48 ədəd pirat, 3 ədəd TP8, 100 ədəd DUA, 1 ədəd TP1500, 270 əddə zirpaket, 19 Tzəd NO 0445, 1 ədəd Birdcracer, 42 ədəd C1395 fosforlu, 10 ədəd W026 A, 49 ədəd beş ıadlayan, 43 ədəd konfet rəngli, 2 ədəd MK 1002, 3 ədəd super juke A5, 60 ədəd bir zahalayan, 1 ədəd TP 1000,4 ədəd KO 2020, 5 ədəd KO 2010, 10 ədəd TP 2000, 2 ədəd A16,24 ədəd C1395, 15 ədəd Eksplosive, 7 ədəd Zenga, 9 ədəd P750, 27 ədəd PP1, 2 ədəd Big Krager, 8 ədəd MK 27, 13 ədəd EK6207, 11 ədəd EK6207, 7 ədəd Feza Tropil, 14 ədəd EK 23, 1 ədəd BOSS adlanan müxtəlif ölçülərdə olan özüalışan və səs yayan priotexniki vasitələr” müsadirə ediıməklə ona 350 (üç yüz əlli) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(022)-282/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-282/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver