Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-284/2024 03.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1988-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, orta təhsilli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(008)- 792/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 14 noyabr 2014-cü il tarixdə doğulmuş X2 və 27 fevral 2019-cü il tarixdə döğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment VZərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu Şəxs eyni icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində, təkrarən Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(008)-792/2023 saylı icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və həmin icra sənədini üzrsüz səbəbdən icra etməmişdir Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 03 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 14 noyabr 2014-cü il tarixdə doğulmuş X2 və 27 fevral 2019-cü il tarixdə döğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment VZərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Buna görə də o, borclu barədə 24 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəmyə göndərmişdir. Biləsuvar rayon Məhkəməsinin hakiminin 24 avqust 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərərk, 500 manat məbləğində cərimə edilmişdir. Həmin vaxtdan sonra borclu borcunun müəyyən qismini ödəmiş, lakin sonuncu qalıq aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Belə ki, borclu maddi imkanı aşağı olduğuna görə aliment borcunu ödəyə bilmədiyini bildirmiş və qısa müddət ərzində tələbkara borcunu ödəyəcəyinə dair vəd vermişdir. Hazırda Şəxs tələbkara olan aliment borcu 4.304 manat təşkil edir. Tələbkar A.Şəxs isə borclu tərəfindən aliment borcunun tam həcmdə və dərhal ödənilməsini tələb edir. Borclu İİ dərəcəli əlildir və bu hala görə pensiya alır və həmin pul vəsaitinin 70 faizinə tutulma yönəldilsə də, məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarının qalan hissəsi borclu tərəfindən ödənilmir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, ondan tələbkarın xeyrinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin A.Şəxsnın xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədi icraya yönəldildikdən sonra o, borcunun müəyyən qismini ödəmiş, lakin tam həcmdə borcunu tələbkara maddi vəziyyəti aşağı olduğu üçün ödəyə bilməmişdir. O, əvvəllər "AZİZ-88" məhdud məsuliyyətli cəmiyyəti təsis etmiş və həmin müəssisədə direktor vəzifəsində işləmişdir. Həmin müəssisə qeyri-ərzaq məhsullarının ticarət obyektlərinə paylanması işi ilə məşğul olduğuna görə o, əvvəllər keçmiş arvadı və qızı ilə birlikdə müxtəlif şəhərlərdə yaşamış, yüksək həyat şəraitinə malik olmuşdur. Lakin onun arvadı ilə nikahı pozulduqdan sonra o, arvadının və sonuncunun ailə üzvlərinin hərəkətləri nəticəsində təsis etdiyi müəssisəni bağlamışdır. O, İİ dərəcəli əlildir. Onun hazırki maddi qazancı İİ dərəcəli əlil olduğuna görə aldığı 363 manat pensiyadan ibarətdir. O, hazırda Bakı şəhərində kirayə tutduğu mənzildə yaşayır və qardaşının yanında “Meyvəli” bazarında qeyri-rəsmi şəkildə işləyir. Onun pensiya kartı hazırda keçmiş arvadındadır və həmin şəxs bütün pulu götürür. O, soyuq havada qıcolmadan əziyyət çəkdiyi üçün ancaq yay aylarında işləyə bilir. O, öz müalicə xərclərini də qarşılaya bilmir. Onun pensiyasının demək olar ki, hamısı avtomatik qaydada tələbkarın xeyrinə aliment qismində tutulur. O, hazırki tarixədək tələbkara yığılmış 4.304 manat aliment borcunu hissə-hissə ödəyə bilər. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(008)-792/2023 saylı icra sənədinin surətindən görünür ki, Şəxs 14 noyabr 2014-cü il tarixdə doğulmuş X2 və 27 fevral 2019-cü il tarixdə döğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment VZərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(008)-792/2023 saylı icra sənədiə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 07 aprel 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati xəta haqqında iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin hakiminin 24 avqust 2023-cü il tarixli, 3(022)-872/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası İXMnin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İİ dərəcəli əlil olmasını və himayəsində 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunması inzibati xətanın tərkib əlaməti olduğuna görə Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə görə iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İş materiallarına əlavə edilmiş “Elekton Məhkəmə” informasiya sisteminin “Gəlir məlumatları” alt sistemindən çıxarışdan görünür ki, Şəxs İİ dərəcə əlildir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-284/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-284/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver