Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-287/2024 15.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakı ilə Ünvanı Yardımlı rayonu, Bozayran kəndi olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: 11 mart 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına 90AD701/90AD702 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən təgdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmış, eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Belə ki, eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların içində “şüşədən süfrə və mətbəxt qabları” yükünün brutto çəkisi 17450 kq göstərildiyi halda 15245 kq olduğu müəyyən edilmişdir. Bundan əlavə üzərində “saber” yazısı olan 7 parçalı “aliminiumdan qazan dəsti” yükünün brutto çəkisi 2100 kq (netto: 1890 kq) göstərildiyi halda 3271 kq (netto:2953kq), izərində “life is beautiful” yazısı olan “plastmassadan tort gabı” yükünün brutto çəkisi 2050 kq (netto: 1845kq) göstərildiyi halda 3084 kq (netto:2752.5kq) olduğu müəyyən idilmişdir. Qeyd olunan faktla bağlı 13 mart 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində hüquqi şəxs "xxxx" MMC-nin barəsində İXM-nın 482.2-ci maddəsi ilə 01200-00150/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bununla da, Şəxs MMC tərəfindən İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Protokol tərtib etmiş X4 göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına 90AD701/90AD702 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmış, eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Belə ki, eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********5667 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların içində “şüşədən süfrə və mətbəxt qabları” yükünün brutto çəkisi 17450 kq göstərildiyi halda 15245 kq olduğu müəyyən edilmişdir. Bundan əlavə üzərində “saber” yazısı olan 7 parçalı “aliminiumdan gazan dəsti” yükünün brutto çəkisi 2100 kq (netto: 1890 kq) göstərildiyi halda 3271 kq (netto:2953 kq), izərində “life is beautiful” yazısı olan “plastmassadan tort gabı” yükünün brutto çəkisi 2050 kq (netto: 1845 kq) göstərildiyi halda 3084 kq (netto:2752.5 kq) olduğu müəyyən idilmişdir. Qeyd olunan faktla bağlı 13 mart 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində hüquqi şəxs "xxxx" MMC-nin barəsində İXM-nın 482.2-ci maddəsi ilə 01200-00150/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsidir. Şəxs MMC-nin gömrük işləri üzrə bir çox əməliyyatları o, həyata keçirir. 11 mart 2024-cü il tarixdə şirkətin ünvanına 90AD701/90AD702 nömrə nişanlı nəqliyyat vasitəsi ilə “şüşədən süfrə və mətbəxt gabları”, “aliminiumdan gazan dəsti” , "plastmassadan tort gabı” və “keramikadan mətbəx və məişət əşyaları” yükü göndərildiyini, həmin yükə dair xx.xx.2024-cü il tarixli **********5667 saylı gömrük bəyannaməsi yazılaraq gömrük organlarının sisteminə daxil edilmiş, həmin bəyannamə yazılarkən tərəfdaş şirkət tərəfindən göndərilmiş sənədlər əsas götürülmüş, lakin tərəfdaş şirkət tərəfindən sənədlərdə “şüşədən süfrə və mətbəx qabları” yükünün brutto çəkisi 17450 kq göstərildiyi halda 15245 kq, bundan əlavə üzərində “saber” yazısı olan 7 parçalı “aliminiumdan qazan dəsti” yükünün brutto çəkisi 2100 kq (netto: 1890 kq) göstərildiyi halda 3271 kq (netto:2953 kq), üzərində “life is beautiful” yazısı olan “plastmassadan tort gabı" yükünün brutto çəkisi 2050 kq (netto: 1845 kq) göstərildiyi halda 3084 kq (netto:2752,5 kq) göndərilmiş, bununla da gömrük organına düzgün olmayan məlumatlar verilmişdir. Qeyd edilən yükləri gömrük orqanlarına düzgün bəyan edilməməsini və Şəxs MMC olaraq törətdikləri inzibati xətanın məsuliyyətini başa düşdüklərini qeyd etmişdir. İnzibati xətalar haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən inzibati xəta törətməsində təqisri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli № 19/256 saylı rəyinə əsasən ekspertiza təqdiqatına təqdim edilmiş nümunə qismində təqdim edilmiş malların təzə vəziyyətdə xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 16799.00 manat müəyyən olunur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs MMC tərəfindən İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxsnə aşkar edilmiş malların dəyərinin (16799.00 manat) otuz faizi məbləğdə inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(022)-287/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-287/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver